Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə təsdiq edilib
Netaniyahunun paylaşımını bəyənən təbrizli həbs edilib
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölənlər var
Şərqi Azərbaycanda təbiət abidəsi məhv edilib
İranda mediaya əzyiq- Daha bir dqəzet rəhbəri mühakimə olunub
"Əl-Əxbar": ABŞ nüvə obyektlərinə zərbələr endiriləcəyi ilə bağlı İrana son xəbərdarlıq edib
İranda mina partladı- Üç nəfər xəsarət aldı
İran aviasiyası iflic olub- Səbəb
WSJ: İranın hücumlarına baxmayaraq, Ərəb körfəzindən neft ixracı müharibədən əvvəlki səviyyəni ötüb
Rubio: Hörmüz boğazında gəmilərin hərəkəti və neft axını 80-100 faiz bərpa olunub
Dörd ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq sazişi imzalanacaq
FT: ABŞ və İsrailin İrana yeni zərbələr endirməsi “real ehtimallardan biridir”
Həmədanda iş qəzaları- 327 nəfər...
İranda hicaba görə daha üç iaşə obyekti bağlandı
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Tramp və Netanyahu arasında telefon danışığı: İranla bağlı “yarımçıq işi başa çatdırmaq” çağırışı
Sa’ar Əraqçiyə: Etirazçıları edam edən hakimiyyət indi Parisə azadlıq dərsi verir
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
Türkiyə mediasında Traxtur klubunun irqçiliyə qarşı mövqeyi geniş əks-səda doğurub
İslam Respublikası yetmiş beş min etirazçını öldürüb- Tramp
Qərbi Azərbaycanda iş qəzaları- 600-dən çox işçi yaralanıb
Təbrizdə iki hüquqşünas həbs edilib
İranda casusluqda ittiham olunan daha bir nəfər edam ediləcək
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Abbas Əraqçi: Tehran və Moskva tarix boyu heç vaxt bu qədər yaxın olmayıb
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Tramp: ABŞ İranla hərbi qarşıdurmanı elə indi dayandıra bilər
Həmədandlı təqaüdçülər etiraz aksiyası keçirdilər
Pentaqon rəhbəri İsrailə gizli səfər edib
Şərqi Azərbaycanda yol qəzalarında 472 nəfər həlak olub
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
İsrail və ABŞ seçkiləri: Səsvermədən sonra İranla müharibə ehtimalı artacaqmı?
İran Futbol Liqası qadınların futbol oyunlarına kişilərin girişini qadağan edib
Lavrov: Rusiya və İran arasında strateji əməkdaşlıq davam etdiriləcək
GünAzTv: Respublikada son illər nəzərə çarpan iqtisadi inkişaf beynəlxalq səviyyədə də etiraf olunur.
«Biz güclü dövlət qururuq. Qurduğumuz müasir dövlətdə insanlar azad, müstəqil, rifah halında yaşayır. Azərbaycanda bütün demokratik azadlıqlar var. Ölkədə ictimai-siyasi sabitlik, təhlükəsizlik ən yüksək səviyyədə təmin olunub. Statistikaya müraciət etsək, görərik ki, ən az cinayətkarlıq Azərbaycanda baş verir. Çünki respublikada müsbət ictimai-siyasi şərait, gözəl atmosfera mövcuddur». Bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevə məxsusdur. Dövlət başçısı ötən həftə Naxçıvanda keçirdiyi görüşlərdə Azərbaycanın inkişaf tarixinə, son illər respublikada aparılan islahatlara, sosial və iqtisadi sferalarda əldə edilən uğurlara da toxunub.
Doğrudan da, respublikada son illər nəzərə çarpan iqtisadi inkişaf artıq beynəlxalq səviyyədə də etiraf olunur. Xarici müşahidəçilər Bakı ilə yanaşı regionlarda da ciddi dəyişikliklər baş verdiyini, yeni istehsal obyektləri, müəssisələrin açıldığını bildirirlər. Prezident İlham Əliyevin Naxçıvan səfəri zamanı bir sıra yeni obyektlərin istifadəyə verilməsi də deyilənləri təsdiq edir. Məsələn, Şərur rayonunun Yengicə və Maxta kəndlərində, həmçinin Sədərəkdə müasir məktəb binaları istifadəyə verilib. Dövlət başçısı muxtar respublikada əsas strateci magistrallardan biri olan Naxçıvan-Sədərək yolunun açılışında iştirak edib. Bu yol Azərbaycanı Türkiyə ilə birləşdirən yeganə quru yoludur. Ordubad rayonundakı Biləv Su Elektrik Stansiyasının açılışı, məhdud fiziki imkanlı insanlar üçün Heydər Əliyev Fondunun dəstəyi ilə Naxçıvan Regional İnformasiya Mərkəzinin yaradılması regionların sosial-iqtisadi inkişaf proqramının uğurla həyata keçdiyinin göstəricisidir. Gəmiqaya daş məhsulları kompleksinin açılışı, Naxçıvan şəhərini içməli su ilə təmin edəcək supaylayıcı qurğunun istifadəyə verilməsi muxtar respublikanın sosial-iqtisadi həyatında əhəmiyyətli rol oynayacaq hadisələrdən sayıla bilər.
Müşahidəçilərin fikrincə, bu gün respublikanın hər yerində gedən inkişaf prosesləri Azərbaycanı nəinki regionda, hətta beynəlxalq səviyyədə qüdrətli dövlətlərdən birinə çevirir. Son iqtisadi göstəricilər, əhalinin müxtəlif təbəqələrinin əmək haqlarının artırılması və digər rəqəmlər bunların reallıq olduğundan xəbər verir. Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi sahəsində görülən işlər vətəndaşlar tərəfindən real dəstəyini tapır. Elə ötən həftə Heydər Əliyev Beynəlxalq Aeroportu-Mərdəkan dairəsi-Bilgəh qəsəbəsi ərazisində avtomobil yollarının genişləndirilməsinin, Buzovna dəmir yolu kəsişməsində inşa ediləcək tunelin və müxtəlif səviyyəli yol qovşağının tikintisinin paytaxtın infrastrukturunun inkişafına xidmət etdiyini söyləmək olar. Eyni zamanda, Azərbaycan Tibb Universitetinin tədris-terapevtik klinikasının açılışı səhiyyə sahəsinə dövlət səviyyəsində böyük diqqətin olduğundan xəbər verir. Müasirləşmə prosesi ölkəmizə xaricdən yeni avtomobillərin gətirilməsində də özünü göstərir. «London-Taksi» şirkəti tərəfindən istehsal olunan nəqliyyat vasitələri Avro-4 standartlarına tam cavab verməklə yanaşı əhaliyə daha keyfiyyətli xidmət göstərilməsini də təmin edəcək.
Bu gün dövlət səviyyəsində Kür və Araz çaylarının daşmasından ziyan çəkən insanlara yardım kampaniyası da davam edir. Sözügedən bölgənin sakinləri Azərbaycanın iqtisadi və maliyyə imkanlarının gücünü öz həyatlarında daha aydın şəkildə hiss etməyə başlayıblar. Belə ki, son 3 ayda təbii fəlakətlə üzləşən vətəndaşlara 1500-ə yaxın yeni ev tikilib. Lakin, görülən işlər bununla bitməyəcək, analoci halların qarşısının alınması üçün dövlət tərəfindən xüsusi proqram da hazırlanır.
İqtisadi imkanlar artdıqca, ölkə vətəndaşlarının yaşayış səviyyəsi də yaxşılaşır. Statistik rəqəmlərə baxaq: sentyabrın 1-dən etibarən təhsil müəssisələrində çalışan işçilərin əmək haqları, dövlət büdcəsinin vəsaiti hesabına təhsil alan doktorantlar, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbə və şagirdləri üçün müəyyən edilmiş təqaüdlərin məbləği artırıldı, bir qrup tələbəyə prezident təqaüdü verildi. Bundan başqa, Prezident İlham Əliyev aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi, şəhid ailələri üçün Prezident təqaüdünün artırılması, məcburi köçkünlərə yemək xərci kimi verilən aylıq müavinətin artırılması haqqında da sərəncamlar imzaladı. Həmçinin bir sıra dövlət qulluqçularının aylıq vəzifə maaşları da artırıldı. Əmək haqları artırılanlar sırasında Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik, Fövqəladə Hallar nazirliklərinin, Xüsusi Dövlət Mühafizə və Dövlət Sərhəd Xidmətlərinin, habelə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin dövlət büdcəsindən maliyyələşdirilən qurumlarda çalışan hərbi qulluqçuları da yer alır.
Gələcək üçün nəzərdə tutulan planlar da diqqətçəkəndir. Belə ki, yeni ildən Azərbaycanda yaşayış minimumunun 9,2% artırılaraq 95 manata çatdırılması planlaşdırılır. Valyuta ehtiyatlarının həcmi 2010-cu il oktyabr ayının 1-nə 6 milyard 57,6 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 953,9 mln. dollar və ya 18,7% çoxdur. Milli Məclisin müvafiq komitələrində isə 2011-ci ilin dövlət büdcəsi müzakirə olunur. Proqnozlarda qeyd olunur ki, 2011-ci ildə Azərbaycanda davamlı iqtisadi inkişaf gözlənilir. Azərbaycanın büdcə gəlirləri Ermənistan və Gürcüstanın bir yerdə gəlirindən bir neçə dəfə artıq olacaq. Naxçıvanda hərbi hissələrdə olarkən Prezident İlham Əliyev də qeyd etdi ki, bu gün Azərbaycan Ermənistanla müqayisə olunmayacaq dərəcədə güclü dövlətdir. Təkcə onu demək kifayətdir ki, ölkə iqtisadiyyatı Ermənistan iqtisadiyyatını 7-8 dəfə üstələyir. Hərbi xərclərə ayrılan vəsait Ermənistanın bütün dövlət büdcəsinə bərabərdir. Bu da ordu quruculuğu prosesinin ən yüksək səviyyədə həyata keçirilməsinə təmin edir.
Yeri gəlmişkən, 2011-ci ildə dövlət büdcəsindən Silahlı Qüvvələr, digər hərbi birləşmələr və hərbiləşmiş qurumların maliyyələşdirilməsinə təxminən 3 mlrd. 287 mln. dollar vəsait ayıracaq. Hesablamalara görə, gələn il Azərbaycanda Ümumdaxili Məhsul 40 milyard manatı keçəcək. Həmçinin Dövlət Neft Fondundan büdcəyə köçürmələrin də artacağı gözlənilir ki, bu da əsasən 2011-ci ildə neft-qaz satışından əldə olunan gəlirlər hesabına təmin ediləcək.
Bütün bunlarla yanaşı Azərbaycanın geostrateci çəkisi də artır və regional enerji layihələrində ölkəmizlə daha çox hesablaşırlar. Bir müddət öncə Bakıda Azərbaycan, Rumıniya, Gürcüstan və Macarıstanın iştirakı ilə enerji sammiti keçirildi. Sammitdə tərəflər Azərbaycanın enerji xətlərinin diversifikasiyasını təmin edəcək daha bir ciddi layihəyə - AQRİ layihəsinə imza atdılar. Sənəd gələcəkdə Azərbaycan təbii qazının Qara dəniz sahilləri ilə Avropa ölkələrinə nəqlini nəzərdə tutur. Avropanın əsas diqqəti isə hələ də NABUKKO layihəsinə yönəlib. Və bu layihənin gerçəkləşməsinin Azərbaycansız mümkün olmadığı bildirilir. Respublikamızın əsas enerji tərəfdaşı olduğu fikri Qərb siyasi dairələrində də geniş hallanır. Məsələn, Vaşinqtondakı Strateci Araşdırma Mərkəzinin Enerji və milli təhlükəsizlik proqramının eksperti Edvard Çou hesab edir ki, son 15 il ərzində Azərbaycan çox inkişaf edərək, böyük neft-qaz ixracatçısına çevrilib. Azərbaycanın tranzit sahəsində də böyük əhəmiyyəti var.
Beləliklə, son bir ayın iqtisadi göstəricilərini nəzərdən keçirən ekspertlər birmənalı şəkildə bildirirlər ki, Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu iqtisadi siyasət sürətli inkişafa, ölkəmizin həm daxili, həm regional, həm də beynəlxalq mövqelərinin möhkəmlənməsinə təkan verəcək. Bu isə qarşıya çıxan bütün maneələrin dəf edilməsinə, əhalinin rifah halının yaxşılaşmasına kömək etməlidir. “1-ci kanal”ın Analitik Qrupu
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İsrail prezidenti Azərbaycana gəldi
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
İran Britanıya səfirini XİN-ə çağırıb
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
İranda ayaqqabı təmirçilərinin sayı artıb
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko