SON XƏBƏRLƏR

Məhkəmə Hüseyn Nəsiri haqqında həbs cəzasına dair hökm çıxardı

2021.10.20, 07:36
Məhkəmə Hüseyn Nəsiri haqqında həbs cəzasına dair hökm çıxardı

Gunaz.tv

GünAzTv: Təbrizin İnqilab Məhkəməsi azərbaycanlı milli-mədəni fəal cənab Hüseyn Nəsirini 1 il müddətinə azadlıqdan məhrum etdi.

 

Təbrizin İnqilab Məhkəməsi Cənab Nəsirini İnternet irtibatı və Azərbaycan bayrağı barədə mübahisə etdiyinə görə, onu sistemin əleyhinə təbliğdə ittiham edib.

 

Nəsiri bundan öncədə Bildiriş yaymaq ittihamı ilə sistemin əleyhinə təbliğdə suçlanıb və 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

 

Məhkəmə məsulları onu 2010-cu il aprel ayının 2-də (1389-cu il fərvərdin ayının 13-ü) Urmu Gölü Yığıncağında tutuqlanıb və sorğu-sual mərhələsindən sonra Təbriz zindanına köçürüblər. O zindana köçürüldüyü müddətdən bəri 6 aylıq həbs cəzasına dair hökmünün icrasını yaşamaqdadır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar