SON XƏBƏRLƏR

İran insan haqlarını pozduğuna görə də yasaqlarla üzləşəcək

2021.10.20, 07:36
İran insan haqlarını pozduğuna görə də yasaqlarla üzləşəcək

Gunaz.tv

GünAzTv :Dünya Bankı İran İslam Respublikasının yeni layihələrinə maliyyə vəsaiti ayırmaqdan imtina edib.

 

GünAzTV-nin «Röyter»ə istinadən məlumatına əsasən, Tehran hakimiyyəti bu maliyyə qurumunu İrana qarşı belə münasibətinə görə «disikriminasiya»da sulayıb.

 

İranın iqtisadiyyat naziri Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun iclasında bildirib ki, İslam Respublikasının banka təqdim etdiyi yeni layihələr BMT Təhlükəsizlik Şurasının tətbiq etdiyi sanksiyaların siyahısına düşmür. Onun qənaətincə, İrana maliyyə vəsaitinin ayırlmaması «Dövlətlərə yardım strategiyası» və suveren dövlətlərin siyasi həyatına qarışmamaq prinsipinə ziddir.

 

Ötən gün Finlandiyanın tanınmış «Nokia Simens» şirkəti də İslam Respublikasına bütün növ texniki avadanlığın satışını dayandırdığını bildirib. Şirkət bu addımını ötən ilin yayında, prezident seçkisi zamanı və ondan sonrakı hadisələrdə dinc aksiyaçılara qarşı reppresiyalarla əlaqələndirib.

 

Qurum bəyanatında vurğulayıb ki, şirkət yeni texnologiyaları insan haqlarınıa əməl olunması şərti ilə tətbiqinə icazə verir.

 

Qeyd edək ki, bu il sentyabrın sonunda insan haqlarının tapdanmasında birbaşa rolu olan İranın 8 yüksək rütbəli vəzifəlisinə (İslam İnqilabı Keşikçiləri Qvardiyasının («sipah”) komandanı Məhəmməd Əli Cəfəri, onun kəşfiyyat üzrə müavini, «bəsic»in komandanı Hüseyn Taib, sosial təminat naziri Sadıq Məhsuli, daxili işlər naziri Mustafa Məhəmməd - Nəccar, baş prokuror Qulamhüseyn Mohsüni-Ejei, Tehranın keçmiş prokuroru Səid Mürtəzəvi, Tehran polis qoşununun komandanı Əhmədrza Radan, informasiya və milli təhlükəsizlik  (ETTELAAT-ın başçısıi) Heydər Moslehi) ABŞ sanksiya tətbiq edib

 

ABŞ-ın dövlət katibi Hillari Klinton jurnalistlərə məsələ ilə bağlı informasiya vasitələrinə açıqlamasında vurğulamışdı :  « Bu , insan haqlarını kobudcasına poxduğuna görə Amerikanın İrana qarşı ilk sanksiyasıdır».

 

Baş verənlərdən göründüyü kimi artıq atom nüvə proqramından imtina etmədyinə görə, ayrı-ayrı dövlətlər deyil, həm də insan haqlarını pozuduğu üçün çeşidli beynəlxalq təşkilatlar və şirkətlər Tehran hakimiyyətinə yasaqlar tətbiq edir. Bu isə atom – nüvə planında şəffalığı təmin etməyəcəyi, insan haqlarını pozmaqda davam edəcəyi halda İran hakimiyyətinin daha kəskin qadağalara məruz qalacağını ehtimal etməyə əsas verir. Sədrəddin Soltan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar