SON XƏBƏRLƏR

Türkiyə ilə Çin arasında strateji əməkdaşlıq sazişi

2021.10.20, 07:36
Türkiyə ilə Çin arasında strateji əməkdaşlıq sazişi

Gunaz.tv

GünAzTv: Çin və Türkiyə yeni strateji əməkdaşlıq barədə razılıq əldə ediblər. Saziş Çinin baş naziri Uen Jibaonun Türkiyəyə səfəri zamanı imzalanıb.

Hər iki ölkənin iqtisadiyyatları artım sürətinə görə dünya liderləri hesab olunurlar.

GünAzTv mətbuat mərkəzinin BBC-yə istinadən yaydığı məlumata görə, Əməkdaşlığın məqsədi ticarəti gücləndirmək, energetika sahəsində əlaqələri daha da möhkəmləndirməkdir.

Bu sıraya nüvə enerjisi sahəsində də əməkdaşlıq daxildir.

Hər iki ölkə İranla neft və qaz sazişləri bağlayıblar.

Ötən ay Çin və Türkiyə birgə hərbi təlimlər də keçiriblər.

İlk dəfə Çin təyyarələri NATO üzvü olan bir ölkənin silahlı qüvvələri ilə manevrlərdə iştirak ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar