SON XƏBƏRLƏR

Milli-mədəni fəal Rəsul Bədəli həbs edildi

2021.10.20, 07:36
Milli-mədəni fəal Rəsul Bədəli həbs edildi

Gunaz.tv

GünAzTv: Azərbaycanlı milli-mədəni fəal 2010-cu il oktyabr ayının 5-də (Mehr ayının 13-ü) yaxalanıb və həbs cəzasına dair məhkəmə hökmünün icrası üçün Təbriz zindanına yollanılıb.

 

Cənab Bədəli qardaşı Əli Bədəli ilə birlikdə öz ata evində ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları tərəfindən tutuqlanıb və 2 ay həbsdə saxlanıldıqdan sonra mülki vəsiqə qarşılığında azadlığa buraxılıb.

 

Təbriz İnqilab Məhkəməsi 2009-cu ilin dekabr ayında (1388-ci ilin Azər ayı) Rəsul Bədəlini 2 il azadlıqdan məhrum edib. Bir müddət sonra məhkəmə hökmü Apelyasiya Məhkəməsi (Dadqahe Təcdide Nəzər) tərəfindən təsdiqlənib.

 

Rəsul Bədəli milli təhlükəsizliyin əleyhinə fəaliyyət göstərməkdə ittiham edilib.

 

Məhkəmə hakimin irəli sürdüyü ittihama səbəb, Bədəlinin Bildiriş yayaraq azərbaycanlıları Təbrizin Təxti satdionunda çağırıb və sabiq prezident Məhəmməd Xatəminin türklərə qarşı təhqiredici lətifəsinə etiraz bildirmələrini istəməsi olub.

 

Adini çəkdiyimiz milli-mədəni fəal bir müddət öncə Şəbistər şəhərinin Peyame-Nur univbersitetindəndə uzaqlaşdırılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar