SON XƏBƏRLƏR

Bu gün Qiymətləndirici missiyanın Dağlıq Qarabağ ətrafındakı rayonlara səfərləri başlayır

2021.10.20, 07:36
Bu gün Qiymətləndirici missiyanın Dağlıq Qarabağ ətrafındakı rayonlara səfərləri başlayır

Gunaz.tv

GünAzTv: ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ ətrafındakı ərazilərdə qiymətləndirici missiyasının üzvlərinin bu gündən Dağlıq Qarabağ ətrafındakı rayonlara səfərləri başlayır.

İşğal altındakı Xankəndidə olan qiymətləndirici missiya Ermənistanın işğal etdiyi Azərbaycan rayonlarına- Ağdam, Füzuli, Qubadlı, Laçın və Kəlbəcərə gedəcəklər. Missiya ekspertlərlə birlikdə növbəli şəkildə işğal altındakı rayonlarda qiymətləndirmə aparacaq.

Qiymətləndirici missiyanın oktyabrın 13-14-də başa çatacağı gözlənilir. Ötən gün isə missiya üzvləri Xankəndidə separatçı rejimin rəhbəri Bako Saakyanla görüşüblər. Ermənistan kütləvi informasiya vasitələrinin məlumatına görə, görüşün nəticələri ilə bağlı mətbuat üçün açıqlama verilməsi nəzərdə tutulsa da, sonradan həmsədrlərin təkidi ilə bu ləğv edilib. O da bildirilib ki, bütün görüşlər tam qapalı şəraitdə keçiriləcək.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ ətrafındakı ərazilərdə qiymətləndirici missiyasına ATƏT-in Minsk qrupunun həmsədrləri, həmçinin beynəlxalq ekspertlər daxildir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar