SON XƏBƏRLƏR

Təkadamlıq kamerada saxlanılan milli-mədəni fəal işgəncə edilir

2021.10.20, 07:36
Təkadamlıq kamerada saxlanılan milli-mədəni fəal işgəncə edilir

Gunaz.tv

GünAzTv: Azərbaycan milli kimliyi uğrunda dinc mübariz, 5 aydan çoxdur İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Təbriz şöbəsinin zindanında saxlanan fəal Lətif Həsəniyə müxtəlif fiziki və psixi işgəncələr verildiyi barədə məlumat yayılıb.

 

GünAzTv mətbuat mərkəzinin “Media forum” saytına istinadən yaydığı məlumata görə, çətinliklə Lətif Həsənini ziyarət edən ailəsi jurnalistlərə onun son vaxtlar müxtəlif işgəncələrə məruz qaldığını, xeyli arıqladığını deyiblər.

 

Məlumatda Fəalın gözlərinin altının göyərdiyi, dodaqlarında çat əmələ gəldiyi və danışmağa çətinlik çəkdiyi vurğulanır.

 

Lətif Həsəni təkadamlıq kamerada saxlanır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar