SON XƏBƏRLƏR

İrəvanda Dağlıq Qarabağ Respublikasını tanımaq təşəbbüsü baş tutmadı

2021.10.20, 07:36
İrəvanda Dağlıq Qarabağ Respublikasını tanımaq təşəbbüsü baş tutmadı

Gunaz.tv

GünAzTv: Ermənistanda qondarma Dağlıq Qarabağ “respublikasının” tanınmasına dair qaldırılan hay-küy növbəti dəfə nəticəsiz başa çatıb.

Bu barədə qanun layihəsi parlamentin iclasının gündəliyinə müxalifətdə olan İrs Partiyası tərəfindən təqdim edilmişdi. Parlamentdə təmsil olunan Daşnaksütyun Partiyası da qanun layihəsini müdafiə edirdi. Lakin layihə müzakirəyə çıxarılmayıb və növbəti dəfə müzakirələr təxirə salınıb.

Erməni mənbələrinin məlumatlarına əsasən, parlamentdə layihə ətrafında müzakirələr xeyli kəskin olub. “Dağlıq Qarabağın Ermənistan tərəfindən müstəqil dövlət kimi tanınması haqda qanun layihəsi çıxılmaz dalana aparır”, - bunu Daşnak Partiyasının parlament fraksiyasının sədri Vahan Ovanisyan deyib. Ovanisyanın fikrincə, tanımaq qərarının verilməsi üçün Ermənistanın bütün siyasi qüvvələrinin ümumi razılığı lazımdır. Hazırda isə belə vahid mövqe yoxdur.Müxalifətçi “İrs” fraksiyasının təklif etdiyi qanun layihəsinin müzakirəsi Ermənistan parlamentində o qədər mübahisəli keçib ki, layihənin səsverməyə gedib çıxmasına “İrs”in özü imkan verməyib. “İrs”in nümayəndəsi, layihənin həmmüəllifi Raffi Ovanisyan təklif edib ki, səsvermə oktyabrın 25-28-i olacaq sessiyaya saxlansın. Müzakirələrdə iştirak edən bütün deputatlar Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasına tərəfdar olduqlarını desələr də, qanun layihəsinə gələndə fikirlər ayrılıb. Çoxları hesab edib ki, Ermənistanın Dağlıq Qarabağı məhz indi tanıması vaxtından qabaq atılmış addım olardı və ATƏT-in Minsk Qrupu çərçivəsində gedən danışıqlarda erməni tərəfinin mövqeyini zəiflədərdi. Parlamentin vitse-spikeri Samvel Nikoyan hətta layihənin müzakirəsinin də əleyhinə olub. O deyib ki, onun təmsil etdiyi Respublika Partiyası Dağlıq Qarabağın tanınması ideyasının əleyhinə deyil: "Biz buna çalışırıq. Ancaq biz indi buna getsək, beynəlxalq aləmə qarşı çıxmış olarıq”. Dağlıq Qarabağı dövlət kimi tanımaq qərarının əleyhinə ən kəskin çıxışı hökumət nümayəndəsi edib. Xarici işlər nazirinin müavini Şavarş Koçaryan parlamentdə deyib ki, indiki məqam Dağlıq Qarabağın tanınması üçün əlverişli deyil: "Biz aydın təsəvvür etməliyik ki, bu yolda hansı sualtı daşlar ola bilər. Tanımaq məsələsi ümumi fayda kontekstində müzakirə olunmalıdır". Ermənistanın Dağlıq Qarabağa münasibətdə indiki mövqeyini izah edən nazir müavini deyib ki, Ermənistan bir tərəfdən Dağlıq Qarabağın təhlükəsizliyinə qarantdır, o biri tərəfdən danışıqlarda Dağlıq Qarabağın təmsilçisidir.Köçəryan deyib ki, İrəvanın məqsədi Dağlıq Qarabağı danışıqlar masasına çıxartmaqdır. Dağlıq Qarabağın müstəqilliyini tanımaqda tələsməmək ideyası keçmiş prezident, indiki müxalifət lideri Ter-Petrosyandan gəlir. Vaxtilə Ter-Petrosyan prezident olanda o vaxtkı parlamenti, öz rəqiblərini və eləcə də tərəfdarlarını inandıra bildi ki, Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımaq erməni tərəfə problemlər yarada bilər. O vaxtdan hakimiyyətlər dəyişsə də, rəsmi İrəvan bu mövqedə qalmaqdadır. Lakin Azərbaycan tərəfi Qarabağ məsələsini BMT-də qaldırmağa təşəbbüs edən kimi Ermənistanda bəzi qüvvələr “DQR”in tanınmasının vacibliyi barədə hay-küy qaldırmağa başlayırlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar