SON XƏBƏRLƏR

Milli-mədəni fəallardan ikisi azadlığa buraxılıb

2021.10.20, 07:36
Milli-mədəni fəallardan ikisi azadlığa buraxılıb

Gunaz.tv

GünAzTv:Azərbaycanlı tanınmış fəallar Behruz Əlizadə və Vədud Səadəti 2010-cu il oktaybr  ayının 5-də (Mehr ayının 13-ü) 1 il həbsdə qaldıqdan sonra azadlığa buraxılıblar.

 

Adını çəkdiyimiz fəallar 2008-ci il oktyabr ayının 4-ü ( 1387-ci il Mehr ayının 13-ü) Ərdəbil şəhərində ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları tərəfindən tutuqlanıblar.

Ərdəbil İnqilab Məhkəməsi Əlizadə, Səadəti, Qulami və bir neçə fəalı milli təhlükəsizliyi pozmağa çalışan qrupa üzv olmaqda günahlandırıb və onları 5 il həbs cəzası və sürgünlüyə məhkum edib. Ancaq bir müddət sonra Ərdəbil Vilayətinin Apelyasiya Məhkəməsi (Dadqahe Təcdide Nəzər) onları sistemin əleyhinə təbliğdə ittiham edərək, barələrində həbs cəzasına dair çıxarılan hökmü 1 il müddətinə düşürüb.

 

Adını çəkdiyimiz fəallar Ərdəbil ETTELAAT-da qaldıqları müddətdə elektrik şoku, yuxusuzluq və döyülmə vasitələri ilə ağır işgəncələrə məruz qalıblar.

 

Rəhim Qulami isə sistemin əleyhinə təbliğdən sonra peyk antenası (uydu) saxladığı ittihamı ilə ayrıca həbs və pul cəriməsinə məhkum edilib. O hazırda 1 il həbsdən sonra ikinci hökmünün icrasını yaşamaqdadır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar