Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə təsdiq edilib
Makron Körfəz bölgəsində Fransanın strateji mövqeyini gücləndirməyə çalışır
Netaniyahunun paylaşımını bəyənən təbrizli həbs edilib
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölənlər var
Şərqi Azərbaycanda təbiət abidəsi məhv edilib
İranda mediaya əzyiq- Daha bir dqəzet rəhbəri mühakimə olunub
"Əl-Əxbar": ABŞ nüvə obyektlərinə zərbələr endiriləcəyi ilə bağlı İrana son xəbərdarlıq edib
İranda mina partladı- Üç nəfər xəsarət aldı
İran aviasiyası iflic olub- Səbəb
WSJ: İranın hücumlarına baxmayaraq, Ərəb körfəzindən neft ixracı müharibədən əvvəlki səviyyəni ötüb
Rubio: Hörmüz boğazında gəmilərin hərəkəti və neft axını 80-100 faiz bərpa olunub
Dörd ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq sazişi imzalanacaq
FT: ABŞ və İsrailin İrana yeni zərbələr endirməsi “real ehtimallardan biridir”
Həmədanda iş qəzaları- 327 nəfər...
İranda hicaba görə daha üç iaşə obyekti bağlandı
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Tramp və Netanyahu arasında telefon danışığı: İranla bağlı “yarımçıq işi başa çatdırmaq” çağırışı
Sa’ar Əraqçiyə: Etirazçıları edam edən hakimiyyət indi Parisə azadlıq dərsi verir
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
Türkiyə mediasında Traxtur klubunun irqçiliyə qarşı mövqeyi geniş əks-səda doğurub
İslam Respublikası yetmiş beş min etirazçını öldürüb- Tramp
Qərbi Azərbaycanda iş qəzaları- 600-dən çox işçi yaralanıb
Təbrizdə iki hüquqşünas həbs edilib
İranda casusluqda ittiham olunan daha bir nəfər edam ediləcək
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Abbas Əraqçi: Tehran və Moskva tarix boyu heç vaxt bu qədər yaxın olmayıb
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Tramp: ABŞ İranla hərbi qarşıdurmanı elə indi dayandıra bilər
Həmədandlı təqaüdçülər etiraz aksiyası keçirdilər
Pentaqon rəhbəri İsrailə gizli səfər edib
Şərqi Azərbaycanda yol qəzalarında 472 nəfər həlak olub
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
İsrail və ABŞ seçkiləri: Səsvermədən sonra İranla müharibə ehtimalı artacaqmı?
İran Futbol Liqası qadınların futbol oyunlarına kişilərin girişini qadağan edib
GünAzTv: Azərbaycan torpaqlarının işğalında erməni diasporunun da böyük payı var, üstəlik, müharibənin bu cəbhəsində “atəşkəs” yoxdur.
Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsinə müxtəlif amillərin təsiri barədə çox danışılıb. Bunların arasında keçmiş SSRİ rəhbərliyinin Dağlıq Qarabağda erməni separatizmini qızışdırması və ona şərait yaratması, 90-cı illərin əvvəllərində Bakıda hökm sürən siyasi qeyri-sabitlik, 1993-cü il hakimiyyət çevrilişi, Rusiyanın Ermənistana birbaşa hərbi yardımları və Azərbaycana qarşı təxribatları yer alır. Lakin digər ciddi amil də var ki, onun torpaqlarımızın işğalında həm birbaşa, həm dolayısı şəkildə ciddi rolu var. Söhbət dünyanın bir çox ölkəsində özlərinə yer etmiş ermənilərin formalaşdırdığı erməni lobbisindən gedir. Birmənalı şəkildə demək olar ki, erməni lobbisi Qarabağ savaşında ikinci cəbhə idi. 1994-cü ildə Azərbaycanla Ermənistan arasında birinci cəbhədə atəşkəs sazişi imzalandı və döyüş əməliyyatları dayandı. Baxmayaraq ki, atəşkəs heç vaxt cəbhədə atəşin kəsilməsinə səbəb olmadı. Ancaq bundan fərqli olaraq ikinci cəbhədə atəşkəs ümumiyyətlə mövcud deyil və bu gün də erməni lobbisi Azərbaycan ərazilərinin işğalını de-yure möhkəmləndirmək üçün savaşı davam etdirir, üstəlik, Naxçıvanın timsalında yeni ərazilər ələ keçirmək üçün zəmin formalaşdırmağa çalışır.
Əslində erməni lobbisi həm də Qarabağda savaşı başladan əsas tərəf idi. Azərbaycanın yaxın keçmişində baş verənləri xatırlayan hər kəs bilir ki, 1988-ci ildə Dağlıq Qarabağda erməni separatçılığının təcavüzkar xarakter almasının arxasında dayanan əsas qüvvələrdən biri də Amerika, Fransa, Rusiya və digər ölkələrdəki erməni lobbisi olub. Daha sonra təcavüzün miqyası genişləndi və Qarabağda savaş irimiqyaslı xarakter aldı. Bu mərhələdə də erməni diasporu və lobbisi təcavüzkar siyasətin həyata keçirilməsində birbaşa rola malik idi.Erməni lobbisi Suriya, Livan, İraq və digər Yaxın Şərq ölkələrindən terror düşərgələrində təlim keçmiş erməni muzdlularının silahlandırılmasını və Qarabağa göndərilməsini təşkil edirdi. O vaxt Azərbaycanın könüllü özünümüdafiə dəstələrinə qarşı döyüşləri əsasən təpədən-dırnağa qədər silahlanmış erməni muzdluları aparırdı. Müharibənin miqyası genişləndikcə erməni lobbisi Ermənistanın silah-sursat və hərbi texnika ilə təchizatında əsas rol oynamağa başlamışdı. Lakin döyüş meydanından kənarda da erməni lobbisi Azərbaycana arxadan zərbə vurmaq üçün bacardığını əsirgəməyib.Təkcə onu qeyd etmək kifayətdir ki, 1992-ci ildə, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü genişləndirdiyi və yeni-yeni əraziləri işğal etdiyi bir vaxtda erməni lobbisi ABŞ Konqresində bədnam 907-ci düzəlişin qəbuluna nail olmuşdu. Bu düzəliş həm də o baxımdan bədnam və ədalətsiz idi ki, təcavüz edən və başqasının torpaqlarını ələ keçirməyə can atan tərəf Ermənistan olduğu halda Azərbaycan “məzlum ermənilərə təcavüzdə” ittiham edilirdi. Yeni müstəqillik əldə etmiş və yüz minlərlə qaçqın ordusu ilə üzləşmiş Azərbaycanı ABŞ-ın birbaşa iqtisadi yardımlarından məhrum edən bu düzəlişin qüvvəsini ancaq 2001-ci il terror hücumlarından sonra dayandırmaq mümkün oldu.
Erməni lobbisinin təsirini Azərbaycan atəşkəsin imzalanmasından və ATƏT-in Minsk Qrupu çərçivəsində sülh danışıqlarının başlamasından sonra da hiss etməli olub. Hələ 90-cı illərin əvvəllərindən aydın olmağa başladı ki, münaqişənin nizamlanması üçün vasitəçilik rolunu üzərinə götürən böyük dövlətlərin təcavüzkar tərəfə heç bir təzyiq göstərmək niyyəti yoxdur. BMT Təhlükəsizlik Şurası tərəfindən işğal edilmiş ərazilərin dərhal boşaldılmasını tələb edən 4 qətnamənin çıxarılmasına baxmayaraq Ermənistan buna məhəl qoymadı.Şübhəsiz ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri Rusiya, ABŞ, Fransa kimi ölkələrdəki güclü erməni lobbisi mövcud olmasaydı, Ermənistan kimi kiçik dövlət bu cür davrana bilməzdi. Sözsüz ki, həmin ölkələrin Ermənistanın icrası məcburi olan BMT Təhlükəsizlik Şurası qətnamələrinə məhəl qoymamasına şərait yaratmasında xristian həmrəyliyi amili, bu dövlətlərin geosiyasi maraqları da rol oynamışdı. Ancaq erməni lobbisi də əsas amillərdən biridir. Minsk Qrupunun münaqişənin nizamlanması üçün vasitəçiliyi həyata keçirən hər üç həmsədri heç vaxt ədalətli vasitəçilik missiyası həyata keçirməyib. Bütün dövrlərdə və mərhələlərdə işğalçı tərəflə təcavüzə məruz qalan tərəfə eyni yanaşma mövcud olub. Bir çox hallarda isə vasitəçilər Dağlıq Qarabağı Azərbaycandan de-yure qoparmağa hesablanmış sülh təkliflərini qəbul etdirmək üçün Azərbaycana təzyiqlər ediblər. Faktiki olaraq elə vəziyyət yaranırdı ki, Minsk Qrupu həmsədrləri münaqişənin beynəlxalq hüququn təməl prinsipləri əsasında həllinə çalışan vasitəçilər kimi yox, Ermənistanın hərbi təcavüzünün nəticələrini de-yure möhkəmləndirməyə çalışan himayədarlar statusunda görünürdülər.
Təsadüfi deyil ki, vasitəçilərdən biri hazırda Dağlıq Qarabağdakı separatçı rejimə birbaşa maliyyə yardımı göstərən yeganə ölkədir. 90-cı illərin əvvəllərindən başlayaraq ABŞ Konqresi hər il Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən bir hissəsinə ayrıca maliyyə yardımı ayırır. Yenə də erməni lobbisinin sayəsində. Konqresin hər iki palatasında Amerikanın dövlət maraqlarını şəxsi maraqlarından üstün tutaraq ermənilərə işləyən xeyli konqresmen və senator var. Onlar müntəzəm olaraq ermənilərin bu və ya digər tələblərini gündəmə gətirərək onların ruporu kimi çıxış edirlər.ABŞ Konqresinin üzvləri vaxtaşırı olaraq bədnam “DQR”-in “müstəqilliyini” dəstəkləyən çıxışlar edirlər və belə təbliğat aparırlar ki, separatçı bölgədə ciddi demokratik inkişaf baş verir. Elə ötən həftə qondarma “DQR”-in “müstəqillik günü” ilə bağlı ABŞ Konqresində tədbir təşkil olunmuşdu və separatçı rejimin “parlament rəhbəri” Aşot Qulyan həmin tədbirə qatılaraq Konqres üzvləri tərəfindən qarşılanmışdı. Rəsmi Bakı bu tədbirlə bağlı ABŞ-a nota verərək sözügedən hadisənin Birləşmiş Ştatların Minsk Qrupundakı roluna kölgə sala biləcəyini vurğulayıb.Erməni lobbisinin təsir imkanları təkcə Konqreslə məhdudlaşmır, dəfələrlə onlar Ağ Ev administrasiyasında da Azərbaycan əleyhinə qərarların verilməsinə nail olublar. Digər Qərb ölkələrində də erməni lobbisi analoji fəaliyyəti davam etdirir. Son illər isə erməni lobbisinin ələ keçirilən torpaqlardan iştaha gələrək Azərbaycanın daha çox ərazisini tutmağa zəmin hazırlamaq üçün təbliğata başladığı müşahidə olunur. Xaricdəki erməni lobbi qurumları Naxçıvanda guya qədim erməni abidələrinin dağıdılması haqda tez-tez hay-küy qaldırırlar, bu bölgənin Ermənistana birləşdirilməli olduğu barədə təbliğat aparırlar.
Azərbaycan xaricdəki güclü erməni lobbisinə qarşı yalnız 90-cı illərin sonlarından başlayaraq toparlana bildi. Qərb enerji şirkətləri ilə bağlanan iri müqavilələrdən sonra Azərbaycanın mövqeyi bir qədər güclənməyə başladı və erməni lobbisinə qarşı cavab həmlələri təşkil etmək mümkün oldu. Bu istiqamətdə dünyada ən güclü lobbilərdən hesab edilən yəhudi lobbisinin imkanlarından istifadə də böyük əhəmiyyət kəsb etməyə başladı.Həmçinin Azərbaycan dövləti dünyanın bir çox ölkəsinə səpələnmiş, sayca bəzən erməni diasporundan daha çox olan azərbaycanlıların diasporunu formalaşdırmaq üçün hərəkətə keçdi. Pərakəndə, bir-birilərindən xəbərsiz fəaliyyət göstərən, bir çox hallarda bir-biri ilə ziddiyyət içərisində olan azərbaycanlı diaspor təşkilatlarını eyni məqsəd ətrafında birləşdirilməsinə yönələn fəaliyyət başladı. Bu prosesə dövlətin dəstəyini təmin etmək, diaspor fəaliyyətini dövlətin xarici siyasəti ilə uzlaşdırmaq üçün 2001-ci ildə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi də (hazırda Diaspor Məsələləri Dövlət Komitəsi adlanır) yaradıldı.Bütün bunlara baxmayaraq, indinin özündə də xaricdə erməni lobbisinə qarşı adekvat gücə malik azərbaycanlı lobbisi formalaşdırmaq mümkün olmayıb. Bir çox hallarda diaspor təşkilatları Azərbaycanın xarici siyasətini həyata keçirən səfirliklər və dövlət qurumlarından dəstək ala bilmir. Lakin hər halda, müqavimət var və bir çox hallarda saxta erməni təbliğatını alt-üst etmək mümkün olur. Ermənilərin təcavüzkar əməlləri, Qarabağda törətdikləri saysız-hesabsız vəhşiliklər, Xocalı qətliamı kimi faktlar imkan verir ki, erməni təbliğatı alt-üst edilsin və onlara qarşı təbliğat hücumları təşkil edilsin.
Əslində erməni lobbisi hələ Ermənistan müstəqilliyini elan etməzdən əvvəl mövcud idi və güclü idi. Əslində Ermənistan özü erməni diasporundan asılıdır və bu asılılıq güclü olaraq qalır. Yəni Azərbaycandan fərqli olaraq dövlət diasporu formalaşdırmağa çalışmır, əksinə, dövlət özü diaspordan asılıdır və əksər hallarda onun iradəsi ilə hərəkət edir.Lakin maraqlıdır ki, Azərbaycan diasporla iş üzrə dövlət qurumu təsis edəndən sonra Ermənistan da analoji addım atıb. İki il əvvəl Ermənistanda Diaspor Nazirliyi yaradılıb. Üstəlik bu addım Ermənistanın dövlət siyasətini diasporla uzlaşdırmaq, yəni diasporun dövlətin siyasəti çərçivəsində fəaliyyətinə nail olmaq məqsədi daşımır. Məlum olur ki, həmin qurum əslində diasporun yaratdığı nazirlik, yəni erməni diasporunun Ermənistan hökumətindəki orqanıdır. Ermənistanın diaspor naziri Qranuş Akopyan bu günlərdə keçirdiyi mətbuat konfransında qurumun əsas məqsədlərini açıqlayıb. Bunlar Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması (əslində Dağlıq Qarabağın müstəqilliyinə nail olmaq kimi başa düşülməlidir), 1915-ci il hadisələrinin “soyqırımı” kimi tanıdılması, Ermənistanın və Dağlıq Qarabağın təhlükəsizliyinin təmin olunması, ermənilərin vahid kilsə ətrafında birliyi, diaspor daxilində parçalanmalara qarşı mübarizə və erməniliyin qorunub saxlanmasıdır.Q.Akopyan deyib ki, Diaspor Nazirliyi erməni diasporunun israrı ilə yaradılıb: “Məqsəd onların problemlərini və tələblərini hökumətə və prezidentə çatdırmaqdır”.Erməni nazirinin sözlərinə görə, erməni diasporu çoxtəbəqəlidir və müxtəlif tələbata malikdir, lakin 7 milyonluq kütləni yuxarıda sadalanan məqsədlər ətrafında birləşdirmək olar. Yəni bu o deməkdir ki, Azərbaycan Qarabağı geri qaytara bilmək üçün öz silahlı qüvvələrini, dövlətini, cəmiyyətini gücləndirməklə bərabər erməni lobbisinə qarşı da səfərbər olmalıdır. Həm də uzunmüddətli mübarizə üçün... Yeni musavat
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İsrail prezidenti Azərbaycana gəldi
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
İran Britanıya səfirini XİN-ə çağırıb
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
İranda ayaqqabı təmirçilərinin sayı artıb
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko