SON XƏBƏRLƏR

Milli-mədəni fəal Mustafa Əvəzpur həbs edildi

2021.10.20, 07:36
Milli-mədəni fəal Mustafa Əvəzpur həbs edildi

Gunaz.tv

GünAzTv: Azərbaycanlı milli-mədəni fəal, Təbriz Azad Universitetinin "Arman" öyrənci icmasının üzvü cənab Mustafa Əvəzpurun hökmünün icrasına başlanılıb. O 2010-cu il oktyabr ayının 6-da (Mehr ayının 14-ü) Təbriz zindanına aparılıb.

 

Milli-mədəni fəal cənab M. Əvəzpur 2006-cı il aprel ayının 6-ı (1385-ci il fərvərdin ayının 17-i) Təbriz şəhərində öz ata evində ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları tərəfindən yaxalanıb və 46 gün həbsdə saxlanıldıqdan sonra mülki vəsiqə qarşılığında azadlığa buraxılıb.

 

Əvəzpur ilk olaraq İnqilab Məhkəməsi tərəfindən 1 il azadlıqdan məhrum edilib. Ancaq bir müddət sonra Şərqi Azərbaycanın Apelyasiya Məhkəməsi (Dadqahe Təcdide Nəzər) onun həbs cəzasına 6 aya düşürüb.

 

Adını çəkdiyimiz milli-mədəni fəal “Arman” öyrəni icmasında üzv olmaq, türkcə oxuyub_yazmaq yetənəyinə sahib olmaq, Babək Qalasl mərasimlərində iştirak etmək və... kimi vasitələrlə sistemin əleyhinə təbliğ və pantürkizmdə günahlandırılıb.

 

Mustafa Əvəzpur Təbrizdə tanınmış azərbaycanlı fəallardan biridir. O keçmiş illərdə də dəfələrlə yaxalanıb və müxtəlif təzyiqlərə məruz qalıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar