SON XƏBƏRLƏR

Ərdəbil ETTELAATında saxlanılan Həsən balayinin ailəsi onun durumundan nigarandır

2021.10.20, 07:36
Ərdəbil ETTELAATında saxlanılan Həsən balayinin ailəsi onun durumundan nigarandır

Gunaz.tv

GünAzTv: Azərbaycanlı fəal, "Gələcək" dağçı qrupunun müdiri cənab Həsən Balayi bir aydır ki naməlum səbəbdən ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) təcridxanasında saxlanılır.

 

Cənab Balayi 2010-cu il sentyabr ayının 4-ü (Şəhrivərin 13-ü) Parsabad (Muğan) şəhərinin İmam xiyabanında yerləşən Mağazasında İran Təhlükəsizlik Qüvvələri tərəfindən yaxalanıb və Ərdəbilin ETTELAAT İdarəsinə aparılıb.

 

Adını çəkdiyimiz azərbaycanlı fəalın ailəsi bildirir ki, 20 gündən çoxdur ki, Balayi ilə heç bir telefon təmassımız yoxdur. Ərdəbil İnqilab Məhkəməsinin hakimi Xəndistani isə onun ittihamı barədə heç nə bildirmir. Hakim deyir ki, Balayinin ittihamı bütün sorğu-suallar bitdikdən sonra məlum olacaq.

 

Məhkəmə rəsmiləri azərbaycanlı fəalın tutuqlanma səsbəbini açıqlamırlar. Onlar məhbusun ailəsi və vəkilinə onunla görüş icazəsi də vermirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar