SON XƏBƏRLƏR

İranda polis öldürülüb

2021.10.20, 07:36
İranda polis öldürülüb

Gunaz.tv

GünAzTv: İranın Kirman vilayətinin Rudbar şəhərində narkotik qaçaqmalçıları ilə qarşıdurma zamanı Rudbar şəhər polis idarəsinin narkotiklə mübarizə idarəsinin rəisi öldürülüb.

 

Rudbar şəhərinin meri İlyas Bazigər bildirib ki, polis zabiti Rza Fazili qaçaqmalçılar tərəfindən açılan atəş nəticəsində həlak olub, 1 polis işçisi isə yaralanıb. Bu barədə APA İRNA-ya istinadən xəbər yayıb.

 

Polisin müqaviməti nəticəsində qaçaqmalçılar özləri ilə apardıqları küllü miqdarda narkotik maddəni və bir avtomobili hadisə yerində qoyaraq qaçıblar. Hazırda cinayətkarların axtarışı davam edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar