SON XƏBƏRLƏR

Erməni əsir intihar edib

2021.10.20, 07:36
Erməni əsir intihar edib

Gunaz.tv

GünAzTv: Azərbaycanın Silahlı Qüvvələri tərəfindən saxlanılan erməni Manvel Mamikonoviç Sarıbekyan oktyabrın 5-də gecə saat 3-də intihar edib. ANS -in məlumatına görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyi və Respublika Hərbi Prokurorluğunun mətbuat xidməti birgə məlumat yayıb.

Fakt üzrə Bakı Hərbi Prokurorluğunun əməkdaşları, məhkəmə tibb eksperti və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış və meyitin xarici müayinəsi keçirilib. Bu zaman müəyyən olunub ki, M.Sarıbekyan müvəqqəti saxlama yerində köynəyi ilə yataq mələfəsini bir-birinə düyünləyərək özünü asıb. Prokuror kriminalistin, məhkəmə tibb ekspertinin və hal şahidlərinin iştirakı ilə meyitin xarici müayinəsi zamanı M.Sarıbekyanın boyun nahiyəsində özünü asmağa tam xarakterik olan stranqulyasiya şırımı aşkar edilib. Məhkəmə tibb ekspertinin ilkin rəyinə əsasən, onun bədən səthində başqa heç bir xəsarət izi və ya zorakılıq əlamətləri aşkar olunmayıb. Araşdırma üzrə məhkəmə tibbi, məhkəmə trassoloji, məhkəmə kriminalisti və fiziki-kimyəvi ekspertizası təyin olunub. Hazırda fakt üzrə araşdırma aparılır və nəticəyə uyğun da qərar qəbul ediləcək. Xatırladaq ki, bu il sentyabrın 11-də təxminən saat 17.00-da cəbhənin şimal-qərb istiqamətində bir neçə nəfərdən ibarət olan erməni təxribat qrupunun hiyləsi dəf edilib. Təxribatçılar əməliyyatlarının baş tutmadığını görüb qaçmağa başlasalar da, onlardan biri - Manvel Mamikonoviç Sarıbekyan kəşfiyyatçıya aid olan bir sıra ləvazimatlarla birlikdə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən yaxalanıb. Digər 3 nəfər isə qaçmağa müvəffəq olub. Onunla aparılan ilkin söhbət nəticəsində məlum olub ki, Manvel Sarıbekyanın Azərbaycanın nəzarət etdiyi ərazilərə soxulmaq istəyi Ermənistan xüsusi xidmət orqanlarının təxribat törətmək tapşırığı əsasında olub.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar