SON XƏBƏRLƏR

Heydər Moslehi: Bir neçə nüvə casusu həbs edilib

2021.10.20, 07:36
Heydər Moslehi: Bir neçə nüvə casusu həbs edilib

Gunaz.tv

GünAzTv: İranın Kəşfiyyat Nazirliyi bir neçə nüvə casusunun həbs olunduğunu bildirib.

İran dövlət televiziyası kəşfiyyat naziri Heydər Moslehiyə istinadən xəbər verib ki, həbslər İran kompüter şəbəkəsini sıradan çıxaran virusla mübarizə səyləri çərçivəsində edilib.

 

Moslehi deyib ki, İranın düşmənləri ölkənin nüvə fəaliyyətinə maneə yaratmaq üçün elektron vasitələrdən hücumlar həyata keçirir. Lakin o, casusluqda şübhəli bilinənlər haqda və hücumların kibernetika hücumları ilə əlaqəsinə dair məlumat verməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar