SON XƏBƏRLƏR

İsveçrə Türkiyə - Ermənistan sərhədlərinin açılmasına çalışır

2021.10.20, 07:36
İsveçrə Türkiyə - Ermənistan sərhədlərinin açılmasına çalışır

Gunaz.tv

GünAzTv: Bununla bağlı İsveçrə diplomatları Türkiyə və Ermənistandan olan həmkarları ilə telefon söhbəti aparıblar.

İsveçrə Xarici İşlər Nazirliyi Türkiyə-Ermənistan sərhədlərinin açılmasını nəzərdə tutan Sürix protokollarının reallaşdırılması istiqamətində yenidən fəaliyyətə başlayıb. Bununla bağlı İsveçrə diplomatları Türkiyə və Ermənistandan olan həmkarları ilə telefon söhbəti aparıblar. Mətbuata məlumat ötürən diplomatik qaynaq bildirib ki, bir qədər əvvəl İsveçrə tərəfi bu istiqamətdə səylərin artırılması üçün Türkiyə diplomatları ilə əlaqə yaradıb: “Bizim üçün bir problemin olmadığını bildirdik. Belə anlaşılır ki, İrəvanla da eyni təklif müzakirə olunub. Protokolları donduran Ermənistandır. Protokolları yenidən isidəcək addımı atan tərəf də Ermənistandır. Yaxşı niyyətli yaxınlaşmaya qapımız hər zaman açıqdır».

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar