SON XƏBƏRLƏR

Türkiyənin xarici işlər naziri Amerika və Avropa Birliyini tənqid edib

2021.10.20, 07:36
Türkiyənin xarici işlər naziri Amerika və Avropa Birliyini tənqid edib

Gunaz.tv

GünAzTv: İnsan haqları məsələsində çox həssas olduqlarını sıx-sıx dilə gətirən  ölkələrin BMT-nin hesabatı ilə bağlı mövqeyi bizdə xəyal qırıqlığı yaratdı.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu BMT İnsan Haqları Şurasının "Mavi Mərmərə" hesabatının əleyhinə səs verən ABŞ və bitərəf qalan Avropa Birliyini bir daha tənqid edib.

Davudoğlu "İnsan haqları məsələsində çox həssas olduqlarını sıx-sıx dilə gətirən və başqa ölkələrə nəzarət edən ABŞ və Avropa Birliyi ölkələrinin bu mövqeyi bizdə xəyal qırıqlığına səbəb oldu" deyib.

Xarici işlər naziri "Mavi Mərmərə" hesabatıyla əlaqədar nümayiş etdirilən mövqeylə bağlı xəyal qırıqlığının ABŞ və Avropa Birliyinə müxtəlif kanallarla çatdırıldığını söyləyib.

Davudoğlu "Burada açıq şəkildə insan haqqının pozulması məsələsi var. ABŞ və Avropa Birliyi ölkələrinin BMT-nin hazırladığı hesabatla bağlı mənfi səs verməsini və ya bitərəf qalmasını anlamıram" deyib.

ABŞ Nümayəndələr Palatasında Kıbrısla bağlı Türkiyə əleyhinə qəbul edilən qərarı da dəyərləndirən Davudoğlu bu qərarda bir sıra xiddi xətalar olduğunu diqqətə çatdırıb və Ankaranın bu qərarı ciddiyə almadığını bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar