SON XƏBƏRLƏR

Dekabrda İşğal olunmuş ərazilərimizdəki vəziyyət BMT-də müzakirə ediləcək

2021.10.20, 07:36
Dekabrda İşğal olunmuş ərazilərimizdəki vəziyyət BMT-də müzakirə ediləcək

Gunaz.tv

GünAzTv: Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət və GUAM məkanında həlli uzanan münaqişələrlə bağlı məsələ BMT Baş Assambleyasının 65-ci sessiyası çərçivəsində dekabrın 13-də müzakirəyə çıxarılacaq. APA-nın məlumatına görə, bu, 65-ci plenar sessiyanın iş proqramında əksini tapıb.

Xatırladaq ki, 64-cü sessiyanın gündəliyində “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyətə dair” qətnamə layihəsi (18-ci bənd) və “Azərbaycanın işğal olunmuş ərazilərində beynəlxalq hüquq və beynəlxalq insan hüquqlarına riayət olunması” adlı A/64/L.57 saylı qərar layihəsi var idi. ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəflərlə apardıqları intensiv məsləhətləşmələr nəticəsində elan ediblər ki, sentyabrın sonu, oktyabrın əvvəllərində həmsədrlər işğal olunmuş ərazilərdə humanitar vəziyyətin öyrənilməsi məqsədilə faktaraşdırıcı missiyanı həyata keçirəcəklər. Bununla əlaqədar Azərbaycan tərəfi A/64/L.57 saylı qərar layihəsinin baxılmasının təxirə salınmasını, “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyətə dair” adlı bəndin baxılmasının isə Baş Assambleyanın 65-ci sessiyasına saxlanılmasını xahiş edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar