SON XƏBƏRLƏR

İranın Qızıl Aypara Cəmiyyəti beynəlxalq yardım təşkilatlarının nizamnaməsini pozub

2022.04.14, 14:33
İranın Qızıl Aypara Cəmiyyəti beynəlxalq yardım təşkilatlarının nizamnaməsini pozub

Gunaz.tv

Eyni halda Sərhədsiz Həkimlər Təşkilatının üzvü olan dr.Qorşi İranın beynəlxalq qaydaları pozması ilə yanaşı vətəndaşların və başqa ölkə əhalisinin bu quruma olan etimadına xələl gətirdiyini söyləyib.

Qeyd edək ki, aprelin 12-də İran Qızıl Aypara Cəmiyyəti hicabın təbliği ilə bağlı yeni planların həyata keçirilməsindən xəbər verib və bunun üçün dövlət büdcəsindən daha çox vəsait ayrılmasını istəyib.

“Yardım agentlikləri cinsi, dini, etnik, milli mənsubiyyətə görə davranmamalı, tamamilə neytral olmalıdır.

Ancaq İran Qızıl Aypara Cəmiyyətinin bu praktikası faktiki olaraq bütün beynəlxalq prinsipləri pozub”-deyə, Yasir Qorşi bildirib.

O, İranda bir çox başqa qurumlar kimi Qızıl Aypara Cəmiyyətinndə hökumətin diktəsi ilə çalışdığını və ideoloji təbliğatla məşqul olduğunu qeyd edib. 

Timur
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar