SON XƏBƏRLƏR

Ərdəbildə 8 bələdiyyə məmuru işdən qovulub-Onlar həbs oluna bilər

2022.09.02, 11:25
Ərdəbildə 8 bələdiyyə məmuru işdən qovulub-Onlar həbs oluna bilər

Gunaz.tv

Mahmud Səfəri başçılıq etdiyi idarədə korrupsiyada əli olan 8 məmurun işdən çıxarıldığını deyib.

Ərdəbil bələdiyyəsində korrupsiyaya qarşı mübarizənin sürətləndirildiyini iddia edən başçı mənimsəmələr və qanunsuz fəaliyyətlərdə əli olan başqa məmurların da barəsində ölçü götürüləcəyini bildirib.

Qeyd edək ki, avqustun əvvəlində də Mahmud Səfəri mediaya verdiyi açıqlamada bir neçə bələdiyyə məmurunun korrupsiya əməllərinə görə həbs edildiklərini demişdi.

Beynəlxalq Şəffaflıq Təşkilatının (Transparency İnternational)  yaydığı hesabata görə, İran korrupsiyanın həcmi və miqyasına görə dünyanın 180 ölkəsi arasında 150-ci yeri tutur.

Korrupsiyanın miqyası və həcminə görə İranın Qvatemala, Qvineya və Tacikistanla bərabər olduğu bildirilir.  

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar