SON XƏBƏRLƏR

İranda festivala buraxılmayan film Türkiyədə nümayiş etdiriləcək

2023.04.11, 14:49
İranda festivala buraxılmayan film Türkiyədə nümayiş etdiriləcək

Gunaz.tv

Bu barədə Təbrizin "Azərancümən" saytı məlumat yayıb.

Qolçağ filminin prodüseri Cəlil Əkbəri mediaya verdiyi açıqlamada filmin İran Fəcr Festivalına buraxılmadığını və bununlada İran klinosu və Qolçaq filminin yaradıcı heyətinin ziyan çəkdiyini deyib.

Azərbaycan dilində olan bədii filmin Türkiyədə tamaşası ilə yanaşı aprelin 18-də filmin rejissoru Əsgər Yusifinəjadın İstanbulda anım mərasimi keçiriləcək.

Qeyd edək ki, “Qolçaq” filmi Azərbaycan dilində çəkildiyinə görə, hər il İranda keçirilən Beynəlxalq Fəcr Film Festivalına buraxılmayıb.

“Qolçaq” filminin rejissoru bundan öncə Azərbaycan dilində çəkdiyi “Ev” filmi ilə də güneylilərin rəğbətini qazanmışdı.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar