SON XƏBƏRLƏR

Mahmud Ocaqluya qarşı yeni ittihamlar irəli sürülüb

2023.04.20, 14:26
Mahmud Ocaqluya qarşı yeni ittihamlar irəli sürülüb

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumatda fəalın "Azərbaycan Milli Hərəkatı qruplaşmasına üzv olmaq"da və "ölkədə iğtişaş və qırğın törətmək məqsədilə ictimai fikri təhrik etmək"də ittiham olunduğu bildirilir.

Mahmud Ocaqlu 11 dekabr 2022-ci ildə Tehran şəhərindəki iş yerində təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.

Ona qarşı "hökumətə qarşı təbliğat aparmaq" və "ölkənin təhlükəsizliyinə xələl gətirmək məqsədilə toplaşmaq və əlbir olmaq" ittihamları irəli sürülüb.

Qeyd edək ki, Mahmud Ocaqlu ana dili hərəkatının fəallarındandır və 2014-cü ildə də ana dili ilə bağlı mədəni fəaliyyətinə görə həbs edilib.

Günaz.TV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar