SON XƏBƏRLƏR

Pentaqon pilotsuz tanklar hazırlamaq niyyətindədir

2023.05.03, 08:59
Pentaqon pilotsuz tanklar hazırlamaq niyyətindədir

Gunaz.tv

Bu barədə ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli “Foreign Affairs” jurnalına müsahibəsində deyib.

O qeyd edib ki, Pentaqon “əslində pilotsuz olacaq” müasir qırıcı və bombardmançı təyyarələr üzərində təcrübə aparır.

“Gələcəkdə siz yük maşınlarını, tankları və yerüstü nəqliyyat vasitələrini görəcəksiniz, onların böyük bir hissəsi pilotsuz olacaq. Robot texnologiyaları silahlı qüvvələrdə düşündüyünüzdən daha sürətli istifadə olunmağa başlayır”, - Milli bildirib.

O, həmçinin gələcəkdə ABŞ ordusunun süni intellekt texnologiyalarından və kvant kompüterlərindən istifadə etməyə başlayacağını istisna etməyib. (report)

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar