Azərbaycan-NATO əməkdaşlığının gələcək perspektivləri müzakirə olunub
Sistan və Bəlucistanda polis polkovniki öldürülüb
İranlı nazir azərbaycanlı qızları ölkəsinə dəvət etdi
Pakistan-İran sərhəddində silahı qarşıdurma olub
Ceyhun Bayramov: Hindistan XİN rəhbəri ilə fikir müxtəlifliklərini açıq şəkildə müzakirə etdik, nəticələrini görəcəyik
"Traktor" daha üç xal qazandı
Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib
Müharibədən sonra işsiz vətəndaşların sayı artıb-Millət vəkili
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Tramp aralıq seçkilərindən sonra İrana yeni zərbələr endirməyi nəzərdən keçirir – The Atlantic
JP: İsrail husilərə hücum üçün ABŞ vasitəsilə Ər-Riyada məlumat ötürür
Tehran yeraltı obyektlərdə raket və dron istehsalını bərpa edib
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İsrail iranəsilli pilotla bağlı uçuşlara ölkəyə giriş qadağası qoyub
HSBC: Hörmüz boğazının strateji əhəmiyyəti 5 ilə azala bilər
Əli Xameneinin vəsiyyətnaməsi də meyiti kimi 7-8 saat bombardmanda yanıb!
İranda müharibə olarsa, internet kəsiləcək
İraq İranı ölkəyə narkatik keçirməkdə ittiham edir
Urmu gölünün xilası naminə Qoşaçayda çuğundur festivalına icazə verilməyəcək
Tehranda Ziya Göyalpın anadan olmasının 150 illiyi qeyd olunub
İranda daha səkkiz məhbus edam edildi
Ərdəbildə yanğın- 22 işçi zəhərləndi
Hindistanın xarici işlər naziri Azərbaycana səfər edəcək
Paşinyan: 2027-2028-ci illərdə Azərbaycanla sülh sazişinin imzalanması zəruridir
ABŞ Yaxın Şərqdə hərbi gəmilərinin sayını 24-ə çatdıra bilər
ABŞ-ın dəniz blokadasından sonra İranın tankerlərdə saxladığı neft ehtiyatları tükənib – WSJ
Tramp: ABŞ yaxın vaxtlarda İranla bağlı “bu və ya digər şəkildə” nəticəyə gələcək
WSJ: İsrail İrana mümkün zərbələr üçün hədəflərin siyahısını Pit Heqsetə təqdim edib
Təbrizli fəal Mehrdad Qadiri həbs edilib
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha bir siyasi məhbusun edam hökmü təsdiqləndi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
HSBC-nin rəhbəri: Hörmüz boğazı qarşıdakı beş ildə əhəmiyyətini itirə bilər
Möhsün Rezayi: Nüvə materiallarının bir zərrəsi belə İrandan çıxarılmayacaq
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Tramp administrasiyası 300 mindən çox ABŞ vizasını ləğv edib
İranda dollar yenidən bahalaşmağa başladı
Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə təsdiq edilib
Makron Körfəz bölgəsində Fransanın strateji mövqeyini gücləndirməyə çalışır
Netaniyahunun paylaşımını bəyənən təbrizli həbs edilib
Tehranda «İstiqlal» - «Traktorsazi» oyunuİranda bəzən futbol azarkeşi olmaq da təhlükəli ola bilər. Əvvəllər Azərbaycanlılar doğma dilində təhsil istədiyinə görə həbs olunurdusa, indi doğma şəhərinin futbol komandasının təbliğinə görə də zindana düşmək olar. Hər halda Təbrizin «Traktorsazi», yaxud təbrizlilər dediyi kimi, Tiraxtur komandasının azarkeşlərinin son həftələrdə yaşadıqları bunu göstərir.
FUTBOL EŞQİNƏ HƏBSƏ DÜŞƏNLƏR
«Biz bir yerdə maşınla gəlirdik, qarşımızı kəsdilər tutdular apardılar. Sonra məni buraxdılar, qardaşım qaldı. Sonra iki gün axtardıq, məlum oldu ki, Ettelaatın əlindədir»
Buunu Təbriz sakini Hüseyn Səduqi deyir. Onun qardaşı Abdulla Səduqini bu il yanvarın 18-də futbola sevgisinə görə həbs ediblər. O vaxtdan bəri Abdulla Səduqi ailəsi ilə görüşməyib. Ona qarşı rəsmən ittiham irəli sürülməyib. Amma onu da, digər təbrizlilər Əlirza Hüseynzadə və Əli Afiyəti də yaydıqları futbol afişaları ilə bağlı həbs ediblər.
İndi zəmanətlə azadlığa buraxılan Əlirza Hüseynzadə də deyir ki, onlar azarkeşi olduqları futbol klubunun posterlərini yaydıqları üçün saxlanılıb, sorğu-sual ediliblər:
«Abdulla Səduqi adlı dostum poster çap eləmişdi. Onu soruşurdular ki, bunu kim çap edib, harda çap edib. Onu soruşurdular. Onlar icazəli posterlər idi . «Yer yatar tufan yatar yatmaz Traxtur bayrağı». Biz elə Traxtur timini sevirux, onun üçün almışdıq, baxmışdıq. Onu soruşurdular bizdən».
ADAPP - Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının verdiyi məlumata görə, bu həbslərlə iş bitməyib. Məhəmməd Almuradi adlı bir Təbrizli də posterləri yaydığına görə həbs olunub. Bir ay əvvəl isə polis «Traktorsazi»nin poster və digər əlamətlərini satdığına görə Təbrizli Davud Şirinin «Azərbaycan» dükanının qapısını möhürləyib.
Abdullah Səduqi həm də Təbrizdə nəşr olunan «Qol» qəzetinin yazarıdır. Elə sevimli mövzusu da «Traktorsazi» komandasının oyunları imiş.
«Azərbaycan diyarımız «Traxtor» iftixarımız. Yer yatar, tufan yatar, yatmaz «Traxtor» bayrağı» «TİRƏXTUR, TİRƏXTUR»Təbrizlilərin şirin ləhcəsində tiraxtur adlandırdığı bu futbol klubu traktor düzəltmə zavodunun komandasıdır. İranın superliqasında oynayır. İndi komandanın qırmızı rəngini çox təbrizlinin üzərində, evində, dükanında görmək olar.Traktora qədər İranda azərbaycanlıların futbol əfsanəsi ölkələrarası matçlarda qolların sayına görə dünya rekordçusu Əli Daei idi. Amma Ərdəbilli Daei «Traktorsazi»nin təklifini qəbul etməyib Persepolis komandasının məşqçiliyinə keçməsi ilə təbrizlilərin qəlbini qırıb. Amma həmsöhbətlərim deyir ki, «Traktorsazi» elə indiki məşqçisi ilə də onların gözündə dünyanın ən yaxşı komandasıdır.
QADINLAR FUTBOL ÜÇÜN DAĞLARA ÇIXIR
Təbrizin «Traktorsazi» komandasının başqa şəhərlərdən olan komandalarla görüşməsi zamanı stadion dolu olur. Azarkeşlər deyir ki, «Traktorsazi»nin bir oyundan yığımı başqa komandalarınkından bir neçə dəfə artıq olur.Amma «Traktorsazi»ni təkcə Təbrizin komandası hesab etmirlər. Onu izləməkçün Urmiyədən, Zəncandan, Ərdəbildən, Həmədandan, türklər yaşayan bütün bölgələrdən oyunlara gəlirlər. «Traktorsazi»nin qadın azarkeşlərinin bəxti gətirməyib. Amma İranda stadionlara buraxılmayan qadınlar da azarkeşliklərindən qalmırlar. Hətta bundan ötrü dağlara qalxıb stadiondakı oyunu ətraf təpələrdən seyr etməli olsalar da. STADİONDA «TÜRK DİLİNDƏ MƏDRƏSƏ» ŞÜARI Son vaxtlar komandanın oyunları həm də milli hüquqlarını tələb edənlər üçün meydana çevrilir. «Traktorsazi»nin şöhrəti nəinki stadionun, hətta İranın da hüdudlarını aşır. Bakıda «Traktorsazi»nin oyunlarını həyəcanla izləyənlərdən biri də bəstəkar Firudin Allahverdidir.Bəstəkarın fikrincə, yaxşı oyun göstərməkdən əlavə, «Traktorsazi» İranda əzilən Azərbaycanlıların özünütəsdiqinə kömək edir:«İranda yaşayan azərbaycanlılara uzun illərdi ki, özünütəsdiq üçün bir əsas lazım idi, bunu bu komanda onlara verdi. Xüsusilə bunu Tehranın İstiqlal Komandası ilə oyunlarına aid etmək olar...» İranın vaxtilə şahənşahlığın şərəfinə Tac, indi isə İstiqlal adlanan paytaxt komandası ilə oyunlar xüsusilə gərgin keçir:«Son oyunların birində futbola heç aidiyyatı olmayan şüarlar səsləndi ki, "Türk dilində mədrəsə olmalıdır hər kəsə". İranda türklərin öz dilində təhsil ala bilməməsinə bir etiraz idi. Baxmayaraq ki, İranda toplaşma azadlığı haqqında qanun var, bizdəki kimi orda da buna riayət olunmur və futbol türklərin toplaşması üçün bir bəhanə olur».NECƏ Kİ BARSELONAYanvarın 15-də Tehranın İstiqlal komandası ilə Azadi stadionunda keçirilən oyunda bir qrup gənc Türk dilində təhsil tələb edən poster çıxarıb. Posterin təhlükəsizlik qüvvələri tərəfindən yığışdırılması böyük narazılıq doğurub.Bu oyun zamanı emosiyaların qızışmasına həm də göyərçin əhvalatı səbəb olub. «Traktorsazi» azarkeşləri adəti üzrə tribunlardan qanadları qırmızı rəngə boyanmış göyərçinlər buraxıblar və Yaşasın Azərbaycan qışqırıblar. İstiqlal komandasının azarkeşi isə həmin göyərçinin başını üzüb qaçış zolağına atıb. Qəzəblənmiş Traktor azarkeşləri həmin səhnələri göstərən şəkilləri internetdə yayıblar.
«Perspolis» - «Traktorsazi» oyunuFurudin Allahverdi:«Mən eşitmişəm ki, indi «Traktorsazi» azarkeşləri həmin göyərçini komandanın rəmzinə çevirmək istəyirlər». Firudin Allahverdi deyir ki, futbol artıq çoxdan sırf idman mahiyyətindən çıxıb bir siyasət amilinə çevrilib. «Sən gərək bir komandanı sevəsən. Burda bütün hisslər qarşılanır – hərəkət var, sevgi var...»Bakıda siyasi mühacir həyatı yaşayan Təbrizli filosof Məhəmmədrza Ləvai deyir ki, «Traktorsazi» İranda Azərbaycan millətçiliyinin simvoluna çevrilib. Necə ki, Barselona İspaniyada. Düzdür, Kataloniyalı azarkeşin futbol matçında qaldırdığı «Barselona İspaniya deyil» mesajını açıq verməyə İran azərbaycanlıları cürət etmirlər, amma elə «Yaşasın Azərbaycan», Türk dilində mədrəsə kimi şüarlar da həbsə səbəb ola bilir.
ASTARA TİKİLƏN ŞÜARLAR«Bəzən hətta bayraqların içində astardan bir başqa bayraq ve ya şüar tikilir. Onu heç kim görmür, amma azarkeş futbol matçında belə təsəvvür edir ki, Azərbaycan bayrağı, yaxud millətçi şüar dalğalandırır»Ümumiyyətlə, komanda ilə bağlı bütün plakat və şüarların nəşri üçün İranın İrşad nazirliyinin icazəsi tələb olunur. Hüseyn Səduqi deyir ki, onun qardaşı yalnız senzuradan keçmiş posterlər yayıb. Amma ola bilsin ki, hökumət onun başqa posterlər yaymasından yanlış olaraq, şübhələnsin. Əlirza Hüseynzadə də yaydığı posterlərin yalnız icazəli olduğunu deyir. Deyir, bundan sonra da sevdiyi komandanın posterlərini yaymaqda davam edəcək. «Öz komandamız üçün başqa əlimizdən nə gəlir ki? Posterin də alıb yaymasaq nə alacağıq». SƏNİ SEVƏCƏYƏM, SƏN UDMASAN DA Məhəmmədrza Ləvai deyir ki, İran hökuməti komandanın populyarlığından narahat olur və bəzən hətta türklərin «özünütəsdiq» duyğularının çox uzağa getməməsi üçün siyasi sifarişli məğlubiyyətlər də olur. Amma bu məğlubiyyətlər Əlirza Hüseynzadə kimi azarkeşləri komandadan üz döndərməyə məcbur etməz. «Uduzmağı niyə narahat etmir ki, edir. Amma bizim ayrı komandamız yoxdur Onu sevəcəyik. Udsa da, uduzsa da sevəcəyik. Amma sevirik ki, uda. Ana balasını imtahanda yaxşı qiymət alsa da sevər, pis qiymət alsa da. Biz də komandamızı hər necə olsa, sevərik». Məhəmmədrza Ləvai deyir ki, indiyə kimi «Traktorsazi» komandasının nə rəsmiləri, nə də oyunçuları onlara sevgisi üzündən həbsə düşənlərə dəstək nümayiş etdiriblər. Amma onun sözlərinə görə, İranda azərbaycanlıların öz komandalarından belə umacağı da yoxdur:«Onsuz da «Traktorsazi» özündən asılı olmayaraq, böyük siyasətin oyunçusuna çevrilir, ən azı stadionu milli duyğuları coşan İran türklərinin milli şüarları üçün tribunaya çevrilməklə».
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İranda daha səkkiz məhbus edam edildi
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda daha bir molla öldürüldü
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
İranda ayaqqabı təmirçilərinin sayı artıb
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
Həmədanda onlarla tələbə zəhərləndi
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
Bloomberg: İranda 150-dən çox şagird və müəllimin öldüyü məktəbə hücumla bağlı hesabat ABŞ seçkilərindən sonraya saxlanılır
Tehranda Azərbaycana qarşı aksiya keçirilib