SON XƏBƏRLƏR

Təbriz Universitetində Azərbaycan dili və ədəbiyyatı dərsləri dayandırıldı

2023.05.29, 10:29
Təbriz Universitetində Azərbaycan dili və ədəbiyyatı dərsləri dayandırıldı

Təbriz Universitetinin Azərbaycan dili və ədəbiyyatı bölməsinin tələbələri dərsləri dayandırıblar.

Gunaz.tv

Bu barədə onlar sosial mediada paylaşım ediblər.

Tələbələr bildirib ki, universitet rəhbərliyi, fars dili və ədəbiyyatı bölməsinin məsulları bir çox məsələlərdə, o cümlədən Azərbaycan dili və ədəbiyyatı bölməsinə mütəxəssis kadrların cəlb olunmasına müdaxilələr edirlər.

Bildirilib ki, problemlərin həll olunana və tələbləri yerinə yetirilənə qədər aksiya davam etdiriləcək.

Qeyd edək ki, Təbriz Universitetində Azərbaycan dili və ədəbiyyatı bölməsi 2016-ci ildə yaradılıb.

Lakin bölüm bu günə kimi davamlı problemlər və maneələrlə üzləşib.
Onsuz da çox sayda tələbənin oxumasına imkan verilməyən bölməyə Azərbaycan dili və ədəbiyyatı üzrə mütəxəssis kadrların işə götürülməsinə maneçilik törədilib.

Qeyd edək ki, müraciət edənlərin çox olmasına baxmayaraq, Təbriz Universitetinin Azərbaycan dili və ədəbiyyatı bölməsinə illik məhdud sayda, yalnız 20-30 arası tələbənin cəlb olunmasına icazə verilir.

Mütəxəssis kadrların və Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin Azərbaycan Respublikasından çağırılması ilə bağlı təkliflərə laqeyd yanaşılıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar