SON XƏBƏRLƏR

Urmu gölü ilə bağlı dəhşətli xəbərdarlıq-"Sağalmaz xəstəliklər yayılacaq"

2023.05.29, 13:23
Urmu gölü ilə bağlı dəhşətli xəbərdarlıq-"Sağalmaz xəstəliklər yayılacaq"

 "Urmu gölü quruyarsa, yay və qış mövsümlərinin hərarəti arasındakı fərq 7 dərəcə artacaq". Bu barədə İranın keçmiş vitse-prezidenti və Ətraf Mühitin Qorunması Təşkilatının sabiq sədri İsa Kəlantəri deyib.

Gunaz.tv

Onun sözlərinə görə, hərarət artarsa, həmin 7 dərəcənin insan genetikası, heyvanlar, bitkilər və mikroblar üzərində nə qədər böyük təsir qoyacağı və hansı dəyişikliklərə səbəb olacağı məlum deyil.

İsa Kəlantəri Urmu gölü ətrafında heyvanlarda dəri xərçənginin 20% artdığını deyərək bölgədə ekoloji problemin dərinləşdiyi barədə xəbərdarlıq edib.
 
Kəlantəri, Urmu gölünün qurumasının pik həddə çatdığı 2014-2015-ci illərdə Dövlət Baytarlıq Təşkilatına bu barədə məlumat verdiklərini deyib.

Qeyd edək ki, Urmu gölü Şərqi Azərbaycan və Qərbi Azərbaycan əyalətləri arasında, Zaqros dağlarından şərqdə 1275 metr dəniz səviyyəsindən yüksəkdə, tektonik çökəklik ərazisində yerləşir. 

Gölün meydana gəlməsi 30-40 min il öncəyə aid edilir. Göl qurumamamışdan öncə səthinin sahəsi 5,822 km², uzunluğu şimaldan cənuba 140, maksimal eni isə şərqdən qərbə 55 kilmoter olub. Ən dərin nöqtəsi 16 m, orta dərinliyi isə 5 m təşkil edib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar