SON XƏBƏRLƏR

Mərənddə ağır yol qəzası baş verib

2023.05.29, 14:33
Mərənddə ağır yol qəzası baş verib

Mayın 29-da Şərqi Azərbaycan əyalətinin Mərənd-Sofyan şəhərləri arasında ağır yol qəzası baş verib.

Gunaz.tv

Bu barədə Şərqi Azərbaycan əyalətinin Təcili Yardım Mərkəzinin sözçüsü Vəhid Şadiniya məlumat yayıb.

Onun sözlərinə görə, baş verən qəza nəticəsində 4 nəfər yerindəcə ölüb.

Qeyd edək ki, hər il İranda baş verən yol qəzalarında ortalama 17 min nəfər həyatını itirir.

İranda yol qəzalarının sayının çox olmasının əsas səbəbi ölkədə istehsal olunan minik avtomobillərinin keyfiyyətsizliyi və yolların təhlükəli olmasıdır.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar