SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda çörək qıtlığı davam edir

2023.05.29, 15:03
Qərbi Azərbaycanda çörək qıtlığı davam edir

Qərbi Azərbaycan əyalətində hökumətin çörəkçilərə və sexlərə verdiyi un kvotasının azaldılması ilə eyni vaxtda əyalət şəhərlərində, o cümlədən Urmu (Urmiya) şəhərində çörək qıtlığı davam edir.

Gunaz.tv

Bu barədə İranın rəsmi dövlət agentliyi "İRNA" məlumat yayıb.

Məlumatda çörəkçi mağazalarının qarşısında uzun növbələrin yarandığı, bunun vətədaşlarla çörəkçilər arasında mübahisə və qarşıdurmalara səbəb olduğu bildirilir.

"Evdə qızımla birlikdə xalça toxuyaraq həyatımızı dolandırırırq. Ancaq hər gün ortalama 3-4 saat çörək növbəsində dayanmalı olduğumuz üçün işimizdən geri qalırıq.

Təsəvvür edin ki, artıq növbəyə durub və başqa müştərilərə növbə satmaq bir peşəyə çevrilib",- urmulu qadınlardan biri deyib.

Qeyd edək ki, bundan öncə 2022-ci ildə un və un məmulatlarının qiymətində bir neçə dəfə artım qeydə alınıb.

Əlaqədar qurumlar bunu çörəkçilərə un kvotasının verilməsində problemlərin həll olunacağına yardım edəcəyini bildirsələr də, problem dahada dərinləşib və çörək mağazalarının qarşısında izdiham artıb.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar