SON XƏBƏRLƏR

Tehran məhkəməsi azərbaycanlı qadın fəala ağır cəza verdi

2023.05.30, 09:49
Tehran məhkəməsi azərbaycanlı qadın fəala ağır cəza verdi

Güney Azərbaycanın Muğan bölgəsindən olan və Tehranda yaşayan müəllim, ictimai fəal və keçmiş siyasi məhbus Zeynəb Həmrəng yenidən həbs cəzasına məhkum edilib.

Gunaz.tv

Bu barədə İran Təhsil İşçiləri Həmkarlar İttifaqı Təşkilatlarının Koordinasiya Şurası məlumat yayıb.

Məlumatda Zeynəb Həmrəngin Tehran İnqilab Məhkəməsi tərəfindən 5 il azadlıqdan məhrum edildiyi bildirilir.

O, “ölkənin təhlükəsizliyinə qarşı aksiya toplaşmaq və əlbir olmaq”da günahlandırılıb.

Qeyd edək ki, müəllimlərin həmkarlar təşkilatının fəal üzvlərdən biri olan Zeynəb Həmrəng təhsil işçilərinin hüquqlarının qorunması tələbi ilə etiraz aksiyalarına qatıldığı üçün bundan əvvəl də saxlanılıb. 

Həmrəng 2020-ci il sentyabrın 5-də Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində səfəri zamanı təhlükəsizlik məmurları tərəfindən həbs edilib. 

Güneyli müəllim “ölkənin təhlükəsizliyinə qarşı aksiya toplaşmaq və əlbir olmaq” ittihamına görə 5 il, “hökumətə qarşı təbliğat” ittihamına görə isə 1 il həbs cəzasına məhkum olunub. 

O, 2022-ci il oktyabrın sonlarında şərti azadlığa buraxılıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar