SON XƏBƏRLƏR

Güney Azərbaycanın Məcidli kəndi su altında qaldı-VİDEO

2023.06.01, 14:11
Güney Azərbaycanın Məcidli kəndi su altında qaldı-VİDEO

İyun ayının 1-i Güney Azərbaycanın Germi rayonunun Məcidli kəndinə sel gəlib. Sel suları bölgədə ciddi fəsadlara səbəb olub.

Gunaz.tv

Bununla bağlı sosial şəbəkələrdə foto və videolar paylaşılıb.

Məlumata görə, bəzi kənd evləri ciddi zədə alıb. Bir sıra evlər tamam dağılıb.

Əhalinin əkin yerlərini su basıb. Nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb.

Məlumata əsasən İranın hakimiyyəti ötən təbii fəlakətlərdə olduğu kimi hələ əhaliyə yardım göndərməyib. 

Qeyd edək ki, Germi rayon Güney Azərbaycanın Ərdəbil əyalətində yerləşir.

Taymaz

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar