SON XƏBƏRLƏR

Güneydə Urartu dövrünə aid Yaldur qalası məhv edilir-VİDEO

2023.06.01, 15:31
Güneydə Urartu dövrünə aid Yaldur qalası məhv edilir-VİDEO

Güney Azərbaycan Mərənd bölgəsində yerləşən Urartu dövrünə aid Yaldur qalası baxımsız qalıb.

Gunaz.tv

Məlumata görə, bu arxaik qalanın 6 min il yaşı var. 

Müasir dünyada belə abidələrin yerləşdiyi bölgə turizm zonasına çevrilir. Əraziyə turistlərin cəlb edilməsi üçün hərtərəfli tədbirlər görülür.

Qeyri-fars millətlərinin tarixinə etinasız yanaşan İran hakimiyyətinin bölgə təmsilçiləri isə Yaldur qalasını diqqətdən kənarda saxlayıb. 

Abidə Urartu çağlarında tikilmiş 22 qalanın qalıqlarından sayılır. 

Tarixi bilgilərə görə, Yaldur qalası Asur kralı II Sarqonun hücumu nəticəsində dağılıb.

Rus şərqşünas Vladimir Minorski orda yerləşən Mandaqarna atəşgahının da Urartu çağında gil kərpicdən salınmış qalalardan olduğunu yazıb. 

Minorskiyə görə, atəşgah II Sarqonun Mərəndə hücumu zamanı müəyyən qədər dağıdılıb.

Xatırladaq ki, Mərənd bölgəsi Güney Azərbaycanın Şərqi Azərbaycan əyalətində yerləşir. 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar