SON XƏBƏRLƏR

Ərdəbildə faciə: 3 fəhlə quyuya düşərək ölüb

2023.06.02, 09:21
Ərdəbildə faciə: 3 fəhlə quyuya düşərək ölüb

Ərdəbilin Gilandə kəndində üç işçi quyuya düşərək ölüb. Bu barədə Ərdəbil əyalətinin polis rəisi Cavad Təqəvi məlumat verib.

Gunaz.tv

Onun sözlərinə görə, işçilərin quyudan çıxarılması üçün təcili tədbir görülsə də, onların həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, rəsmi statistikaya görə, son bir ildə İranda 711 nəfər iş qəzalarında həyatını itirib.

Müstəqil həmkarlar ittifaqı və sinfi fəallar Əmək Nazirliyi və Tibbi Ekspertiza Mərkəzinin verdiyi rəqəmlərin həqiqəti əks etdirmədiyini bildirib.

Qeyd ediblər ki, ölüm və yaralanma halları verilən rəsmi statistikada göstərildiyindən bir neçə dəfə çoxdur.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar