SON XƏBƏRLƏR

"Urmu gölünə ayrılmış vəsait mənimsənildi"-Tanınmış sənətçi hökuməti ifşa etdi-VİDEO

2023.06.02, 14:13
"Urmu gölünə ayrılmış vəsait mənimsənildi"-Tanınmış sənətçi hökuməti ifşa etdi-VİDEO

Tanınmış aktyor Rza Kianian Urmu gölünün dircəldilməsi məqsədilə illər öncə keçirilmiş kampaniya barədə danışıb. O, ayrılan pulların mənimsənildiyini bildirib.

Gunaz.tv

“Yaponiya Urmu gölün üçün yardım etdi, lakin ayrılmış büdcə mənimsənildi.

Mən "Urmu gölüyəm" adlı dəstək kampaniyası başlatdıq. 1 milyon imza toplamağı düşünürdük, lakin 1 milyon 800 min imza toplandı”-deyə, Kianian mayın 28-də etdiyi çıxışında bildirib.

Onun sözlərinə görə, toplanmış imzalar BMT-yə göndərilib.

"Bu təşkilat isə Yaponiya vasitəsi ilə gölün dirçəlməsinə bir neçə milyon dollar yardım etdi.

Lakin bilmirəm həmin pulların taleyi necə oldu. Göl isə qurumaqda davam edir və onun dirçəldilməsi üçün heç bir iş görülmür”-deyə, Kianian vurğulayıb. 

Qeyd edək ki, aktyor Rza Kianian əvvəllər İranda sol düşüncəli təşkilat üzvü olub. 

Xatırladaq ki, İran hökuməti beynəlxalq təşkilatlar tərəfindən çevrənin qorunması və humanitar məqsədlər üçün ayrılmış maliyyəni öz siyasi məqsədlərinə sərf edir. 

 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar