SON XƏBƏRLƏR

Biləsuvarda sel daşqınları əhaliyə ciddi ziyan vurub

2023.06.03, 13:43
Biləsuvarda sel daşqınları əhaliyə ciddi ziyan vurub

Mayın 31-i və iyunun 1-də Güney Azərbaycanın Biləsuvar bölgəsində baş verən sel fəlakətinin vurduğu ziyanın məbləği açıqlanıb.

Gunaz.tv

Bu barədə Biləsuvarın fərmandarı Sahibəli Əsgəri açıqlama verib.

Onun sözlərinə görə, sel nəticəsində bölgə əhalisinə 500 milyard tümən məbləğində maddi ziyan dəyib.

Əsgəri Biləsuvar bölgəsinin 30 kəndində əhalinin ciddi zərər gördüyünü, yolların, korpü və elektrik xətlərinin də dağıldığını söyləyib.

Qeyd edək ki, mayın 31-i və iyunun 1-də Biləsuvar və Germidə baş verən sel daşqınları onlarla kəndə ciddi ziyan vurub.

Yollar, elektrik və qaz xəttləri, habelə körpülər dağılıb.

Kəndlilərin çox sayda mal-qarasını sel aparıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar