SON XƏBƏRLƏR

Ərdəbildə narkotik maddələrin dövriyyəsi artıb

2023.06.06, 13:04
Ərdəbildə narkotik maddələrin dövriyyəsi artıb

Ərdəbildə narkotik maddələrin dövriyyəsi artıb. Bu barədə Ərdəbil əyalətinin polis rəisi Cavad Təqəvi məlumat verib.

Gunaz.tv

O, bundan əlavə son bir ildə əyalətin müxtəlif bölgələrində toplam 2 ton 100 kq narkotik maddənin ələ keçirildiyini bildirib.

Son 2 ay yarım ərzində Ərdəbil əyalətində 400 kq müxtəlif növlü  narkotik maddə aşkarlanaraq götürülüb.

Qeyd edək ki, bundan bir neçə il öncəyə kimi Güney Azərbaycan İranda ən az narkomanın olduğu bölgə sayılırdı.

Bu, artıq dəyişməkdə və Azərbaycan şəhərlərində də narkotik maddə istifadəçilərinin sayı artmaqdadır.

Ekspertlərin fikrincə, narkomaniyanın yayılmasının əsas səbəbi ölkədə fərdi azadlıqların olmaması, yoxsulluğun  və işsizliyin artması və insanların gələcəyə ümidsizliyidir.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar