SON XƏBƏRLƏR

Qəzvində un və çörək qıtlığı yaranıb

2023.06.07, 16:13
Qəzvində un və çörək qıtlığı yaranıb

Güney Azərbaycanın Qəzvin əyalətinin bir çox bölgələrində çörək qıtlığı yaranıb. Buna səbəb un çatışmazlığıdır.

Gunaz.tv

Bununla bağlı Qəzvin əyalətinin Buin Zəhra və Avuc bölgələrinin İran parlamentindəki nümayəndəsi Ruhullah Abbaspur açıqlama verib.

O, bildirib ki, hökumət çörək sexlərinin un tələbatını ödəyəcəyinə dair vəd versə də, bölgələrdə hakim olan vəziyyət bunun əksini göstərir.

Qeyd edək ki, son həftələr Qəzvinlə yanaşı, Urmu, Xoy, Təbriz və Ərdəbil şəhərlərində də çörək çatışmazlığı barədə çoxlu məlumatlar yayılıb.

Son iki il ərzində İranın əksər əyalətlərində taxıl və un qıtlığı yaranıb.

Qıtlıq ölkədə çörəyin qiymətini bahalaşdırsa İran hökuməti Livana böyük miqdarda taxıl və un ixrac etmək barədə qərar verib. 

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar