SON XƏBƏRLƏR

İran prezidenti Təbrizə səfər edib

2023.06.08, 11:21
İran prezidenti Təbrizə səfər edib

İran prezidenti İbrahim Rəisi iyunun 8-də hökümət nümayəndə heyətinin 10 üzvü ilə birlikdə Təbrizə səfər edib.

Gunaz.tv

Təbriz hava limanında onu əyalət valisi Zeynəlabdin Rəzəvi Xurrəm və İran rəhbəri Əli Xameneyinin Şərqi Azərbaycandakı nümayəndəsi, Təbrizin cümə imamı Seyid Məhəmmədəli Ali Haşim qarşılayıb.

Rəisinin prezident seçildikdən sonra Şərqi Azərbaycana etdiyi ikinci səfəri sosial media istifadəçiləri tərəfindən etirazlarla qarşılanıb.

Onlar İran prezidentinin seçki kampaniyası zamanı azərbaycanlılara verdiyi vədlərin heç birini yerinə yetirmədiyini yazıblar.

Bildirib ki, prezidentin Urmu gölünün bərpası, əyalətdə işsizliyin azaldılması, abadlıq işlərinin görülməsi, yeni zavodların açılması ilə bağlı təbliğat xarakterli çıxışlarında deyilən sözlərin heç birinə əməl olunmayıb.

Qeyd edək ki, bu, səfər çərçivəsində rəisinin iqtisadçılar, iş adamları və istehsalçılarla da görüşü nəzərdə tutulub.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar