SON XƏBƏRLƏR

"Bu aksiyalar milli dirçəlişə zəmin yaradıb"-Abbas Lisani

2023.06.10, 13:36
"Bu aksiyalar milli dirçəlişə zəmin yaradıb"-Abbas Lisani

Abbas Lisani milli-mədəni fəallarla görüşündə Güney Azərbaycan milli hərəkatındakı mövcud vəziyyət barədə fikirlərini paylaşıb.

Gunaz.tv

O, Azərbaycan milli hərəkatında meydan fəaliyyətinin əhəmiyyətindən və azərbaycanlıların milli şüurunun artmasına təsirindən danışıb.

Lisani milli-mədəni fəalların müxtəlif aksiyalarını, o cümlədən, divarlara milli şüarların yazılmasını, mədəni tədbirlərin keçirilməsini, müxtəlif yazılı vərəqələrin və gecə büllettenlərinin yayılmasını, Babək qalasına yürüşü və 2006-cı ilin may ayında baş verən və milli dirçəlişə səbəb olan hadisələrə zəmin yaratdığını bildirib.

"Bizim milyard büdcəli mediamız olmayıb, indi də yoxdur. Amma biz öz gücümüzə güvənərək çoxsaylı mərasimlər və hərəkətlər təşkil edə bildik.

Azərbaycan gəncliyi anladı ki, milli fəal milləti milli özünüdərkə çatdırmalıdır",- keçmiş siyasi məhbus qeyd edib.

Görüşdə iştirak edən milli-mədəni fəallar və keçmiş siyasi məhbuslar da, mövcud vəziyyətlə bağlı fikirlərini bildirib, problemlərin həlli ilə bağlı fikir mübadiləsi aparıblar.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar