SON XƏBƏRLƏR

Ərdəbildə divarlara milli şüarlar yazıldı- Güneyli məhbusların azadlığı tələb olunub

2023.06.10, 14:09
Ərdəbildə divarlara milli şüarlar yazıldı- Güneyli məhbusların azadlığı tələb olunub

Milli-mədəni fəallar Ərdəbil əyalətinin Nadarlı qəsəbəsində divarlara milli şüarlar yazıblar.

Gunaz.tv

Onlar "El üçün çalışan əllər var oldun", "Hüseyn və Araz Amani" yazaraq, həbsdə olan milli-mədəni fəalların azadlığını tələb ediblər.

Qeyd edək ki, Hüseyn və Araz Amani qardaşları mayın 18 və 21-də təhlükəsizlik məmurları tərəfindən həbs ediliblər.

Əlaqədar dövlət qurumları onların həbs səbəbi və nədə ittiham olunduqları barədə məlumat verməkdən imtina edib.

Hazırda adı çəkilən fəallar başqa bir neçə milli fəalla birlikdə Təbriz həbsxanasındadırlar.

Bundan əvvəl təhlükəsizlik idarəsinin istintaq təcridxanasından həbsxanaya köçürülən Məhəmmədrza Amani (Araz) isə yenidən təcridxanaya geri qaytarılıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar