SON XƏBƏRLƏR

Rəisinin çıxışı Şərqi Azərbaycanda etiraz doğurdu

2023.06.10, 14:19
Rəisinin çıxışı Şərqi Azərbaycanda  etiraz doğurdu

İran prezidenti İbrahim Rəisi Təbrizə səfəri zamanı Şərqi Azərbaycan əyalətində işsizlik səviyyəsi ilə bağlı fikirləri narazılığa səbəb olub.

Gunaz.tv

Prezident işsizliyin sıfıra endiyini və bu problemin onun hakimiyyəti dövründə tamamilə aradan qaldırıldığını iddia edib.

Rəisinin bu iddiası bir müddət öncə əyalətdə işsizlik sayının artması barədə danışan Təbriz Ticarət Palatasının sədri Yunis Jailə tərəfindən də təsdiq olunması etirazlara səbəb olub.

Qeyd edək ki, bundan öncə əyalətdə işsizliklə bağlı verilən məlumatda 2022-ci ilin payız fəslində Şərqi Azərbaycanda işsizlik səviyyəsi 9.5% göstərilib və bu öncəki payız fəsli ilə müqayisədə 3% artım deməkdir.

Şərqi Azərbaycanın Kooperasiya, Əmək və Sosial Rifah İdarəsinin başçısı Hüseyn Fəthinin verdiyi məlumata görə, 15-34 yaş arası gənclər arasında işsizlik göstəricisi 21%-dir.  

Hüseyn Fəthi Şərqi Azərbaycanın universitet məzunlarının 68 faizinin işsiz olduğunu söyləyib.

İbrahim Rəisinin işsizlik səviyyəsi barədə yalan danışması sosial media istifadəçiləri və işçi təşkilatları nümayəndələrinin etirazları ilə qarşılaşıb.

Onlar etdikləri paylaşımlarda İbrahim Rəisinin ağ yalan danışdığını, vətəndaşları, xüsusən işsiz azərbaycanlıları təhqir etdiyini bildiriblər.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar