SON XƏBƏRLƏR

Diplomatik korpus üzvlərinin Laçın şəhərinə səfəri başlayıb

2023.06.24, 09:20
Diplomatik korpus üzvlərinin Laçın şəhərinə səfəri başlayıb

Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus üzvlərinin Laçın şəhərinə səfəri başlayıb.

Gunaz.tv

Diplomatik korpus, o cümlədən hərbi attaşelər təyyarə ilə Zəngilan Beynəlxalq Hava Limanına eniş ediblər.

Onlar buradan Laçın şəhərinə yollanıblar.

Səfərdə 33 ölkə, 10 təşkilatdan ümumilikdə 60-a yaxın diplomat və hərbi attaşe iştirak edir.

Qonaqlar Laçında aparılan yenidənqurma və abadlıq işləri ilə tanış olacaq, Laçın şəhəri 1 Dekabr küçəsində salınmış ilk yaşayış məhəlləsinə baxış keçirəcəklər. Bundan əlavə, diplomatik korpus nümayəndələrinin Laçında qurulmaqda olan Aqro Sənaye Parkını ziyarəti də nəzərdə tutulub.

Xarici diplomatlara Həkəri çayının sahilində salınan “Laçın bulvarı” haqqında da ətraflı məlumat veriləcək.

APA xəbər verir ki, səfər çərçivəsində diplomatik korpus nümayəndələrinin Zabux kəndində tam sürətlə davam edən tikinti-quruculuq işləri ilə də yaxından tanış olması planlaşdırılır.

Səfərin son dayanacağı kimi xarici diplomatlar Zəngilanın Ağalı kəndinə gedəcəklər. Onlara Ağalıda tətbiq edilən “ağıllı kənd” konsepsiyası haqqında məlumat verilməsi nəzərdə tutulur.

Ayxan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar