SON XƏBƏRLƏR

Sel və daşqınlar İranın 20 əyalətinə milyardlarla ziyan vurub

2023.06.27, 15:48
Sel və daşqınlar İranın 20 əyalətinə milyardlarla ziyan vurub

Sel və daşqınlar mart ayından indiyədək İranın 20 əyalətinə 10 170 milyard tümən ziyan vurub. Bu barədə İranın Kənd Təssərrüfatı Nazirliyi məlumat yayıb.

Gunaz.tv

Nazirliyin Təbii Fəlakətlərin İdarəeidlməsi və Təhlüklərinin Azaldılması İdarəsinin baş direktoru Hüseyn Ahəni deyib ki, sel suları mart ayından indiyədək daha çox əkin, bağçılıq, heyvandarlıq, quşçuluq və balıqçılıq sahələrinə ziyan vurub.

Kənd təssərrüfatına dəyən ziyanın 20 əyalətdə miqdarı 10170 milyard tümən olub.

Şərqi Azərbaycana 1377 milyard, Ərdəbilə 197, Zəncana 4, Qəzvinə 34 milyard tümən ziyan dəyib"-deyə, Ahəni açıqlayıb.     

Taymaz

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar