SON XƏBƏRLƏR

İranda etiraz aksiyaları keçirilib

2023.07.06, 15:02
İranda etiraz aksiyaları keçirilib

İranın bir neçə şəhərində Bank sistemi işçiləri çətin həyat şəraitinə etiraz olaraq aksiya keçiriblər. Onlar aidiyyəti qurumların onların problemlərinin həllinə laqeyd yanaşdığını bildiriblər. 

Gunaz.tv

Dehdəşt neft-kimya zavodunun ətrafında yerləşən kəndlərin sakinləri də etiraz aksiyası keçirib. Onlar da dolanışığın ağır olmasından şikayətlənərək deyiblər ki, zavodda işə yalnız bölgəni təmsil edən deputatının yaxınları qəbul edilir, yerli kadr potensialından isə istifadə olunmur.

Ərdəbil, Qəzvin, Kirmanşah, Fars, Kürdüstan əyalətlərində təqaüdçülər etiraz aksiyalarına çıxıb. 

Onlar “Dövlət xəyanət edir, məclis himayə edir!”, “Təqaüdçü bağır, hüquqlarını çağır”, “Həbs olunmuş müəllimlər sərbəst buraxılmalıdır!”, “Pulsuz təhsil İran övladının haqqıdır!” “Ölərik, ölərik, zillətə baş əymərik!” şüarları səsləndiriblər.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar