SON XƏBƏRLƏR

Azərbaycan komandası ikinci dəfə İran çempionu oldu

2023.07.10, 07:49
Azərbaycan komandası ikinci dəfə İran çempionu oldu

Şərqi Azərbaycan əyalətinin Vərziğan mahalının "Misi Süngün" qılıncoynatma komandası ardıcıl olaraq ikinci dəfə İran liqasının qalibi olub.

Gunaz.tv

Bu barədə İranın idman mediası məlumat yayıb.

İyulun 8-də Yəzd komandası ilə final görüşündə Azərbaycan idmançıları qəti qələbə qazanaraq turnirin qızıl kubokunu əldə ediblər.

Qeyd edək ki, yarışlara qatılan 5 nəfərlik Azərbaycan komandasının baş məşqçisi Abbas Bəyani, nəzarətçi isə Siyavuş Rəstqar olub.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar