"Əminik ki, Xocalı, Meşəli və digər yerlərdə azərbaycanlılara qarşı soyqırımı törədənlərin hər biri mütləq cəzalandırılacaq”. Bunu Xocalı rayonunun Meşəli kənd icra nümayəndəsi İlham Kazımov deyib.
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
İsrail və ABŞ seçkiləri: Səsvermədən sonra İranla müharibə ehtimalı artacaqmı?
İran Futbol Liqası qadınların futbol oyunlarına kişilərin girişini qadağan edib
Lavrov: Rusiya və İran arasında strateji əməkdaşlıq davam etdiriləcək
Bombalı hücum xəbərdarlığı: İsraildən yola düşən sərnişin təyyarəsi Bolqarıstanda məcburi eniş edib
Dövlət əleyhinə açıq çağırışlar yayılması ilə bağlı daha 7 nəfər barəsində beynəlxalq axtarış elan edilib
Tehran Universitetində hicab işçi qrupu yaradıldı: Tələbələrin geyiminə qapalı qapılar arxasında nəzarət cəhdi
Üç həftə ərzində İranda yetmiş məhbus edam edilib
Netanyahu İrana hücumun pərdəarxasını açıqladı
İran səfiri Almaniya Xarici İşlər Nazirliyi-ə çağırıldı
İsrail XİN rəhbəri: İran Fransaya sərbəst toplaşmaq hüququndan dərs keçərkən öz ölkəsində etirazçıları edam edir
İranı dərhal tərk edin!- ABŞ xəbərdarlıq etdi
Kərəc həbsxanasında siyasi məhbus öldürülüb
Müharibə ehtimalı İranda biznes fəaliyyətini iflic edir — deputat
Munir Tehrana səfər edəcək
Ərəb körfəzi ölkələri husiləri terror təşkilatı kimi tanımağa çağırıb
Sergey Lavrov Tehranda İranın xarici işlər naziri ilə görüşəcək
Berlində keçirilən aksiyada İran bayraqları qaldırılıb
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
“Traxtur” klubunun və sahibinin irqçi təhqirlərlə bağlı rəsmi reaksiyası
“Mələvan” və “Traxtur” komandalarının oyunu azarkeşlərin Güney azərbaycanlı türklərin kimliyinə qarşı irqçi şüarlarına görə ləğv edildi
Mehrdad Əxlaqi İranın müdafiə naziri oldu
Ərəb Körfəzi Əməkdaşlıq Şurası: Tehranın addımları Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini hədəfə alır
Ermənistan işğalından Xudafərin körpüsünün azad edilməsindən altı il ötür
Vens: Müharibə davam etməlidir
Həsənu meşələrinə mədən texnikası yenidən qayıdır: Yəzdin Ərdəkan Polad Şirkəti və İranın Atom Enerjisi Təşkilatının adı çəkilir
Kürd “Ronahi” komandasının üzvlərinin Qoşaçayın “Ümidafrin” komandasının üzvlərinə hücumu (Video)
Netanyahu: İran rejimi xərçəng kimidir, ondan qurtulmasaq, geri qayıdacaq
İsrail müdafiə naziri: İranla işimiz bitməyib, bu dəfə enerji obyektlərini də hədəfə alacağıq
Türkiyə XİN Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Fridrix Merts: Almaniya İsrailin yanındadır
Misir və BƏƏ Yəmən müharibəsinə qoşulmağa hazırlaşır?
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
Sepah ilə PJAK arasında gərginlik; tərəflər bir-birini hədələdi
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Traxturun qapıçısı 2026-cı ilin Asiyada ən yaxşı kişi futbolçusu mükafatına namizəd olub
Güneyli pauerliftinq çempionu 3 il həbsə məhkum edilib
Sahibsiz malların satışı İranın ali dini liderinin icazəsindən asılıdır: Hörmüz boğazından çıxarılan iPhone 18-ləri təhvil verin!
Yəmən İrana: Silahlarınızı ölkəmizdən çıxarın, işlərimizə qarışmayın!
İranın Pakistanla quru sərhədi bağlandı
Gəncəyə raket hücumunun ildönümü: Mehriban Əliyeva anım mesajı yayıb
Tramp ABŞ, Rusiya və Çin arasında nüvə sazişinin mümkünlüyündən danışıb
"Əminik ki, Xocalı, Meşəli və digər yerlərdə azərbaycanlılara qarşı soyqırımı törədənlərin hər biri mütləq cəzalandırılacaq”. Bunu Xocalı rayonunun Meşəli kənd icra nümayəndəsi İlham Kazımov deyib.
O, Birinci Qarabağ müharibəsi dövründə kəndlərinə ermənilərin dəfələrlə hücum etdiyini bildirib: “Kənd sakinləri hər dəfə düşmənə layiqli cavab verirdi, ancaq sonuncu hücumun qarşısını ala bilmədik. Çünki düşmənin sayı-hesabı yox idi və çox ağır silahlardan atəş açırdılar.
Xatirimdədir ki, 1991-ci il dekabrın 23-ü erməni alayının Meşəliyə hücumu zamanı göydən sanki od yağırdı. Meşəlidə həmin vaxt 360 nəfərdən ibarət 81 ailə yaşayırdı. Həmin il dekabrın 23-ü səhər saatlarında erməni alayı Meşəli kəndinə hücum etdi.

Düşmən kəndi mühasirəyə almışdı, yalnız bir istiqamətdə mövqe tuta bilməmişdilər. Camaat oradan çıxmaq istəyirdi, elə həmin vaxt onları da güllələmişdilər. Kənd sakinlərindən çoxu çıxmaq istəmirdi. Erməni quldurları onları elə öz evlərinin içində güllələmişdi. Sağ qalanlar gecə saat 3-də çətinliklə də olsa kənddən çıxa bildi”.
İcra nümayəndəsi vurğulayıb ki, nə qədər müqavimət göstərsələr də, düşmənin hücumunun qarşısını ala bilməyiblər: “Bizdə 10 nəfər milli ordudan gəlmişdi, 5 nəfər də polisimiz vardı. Silahlarımız məhdud sayda idi. Amma onlar güclü silahlanmışdılar. Tankları belə vardı. Sadəcə yol bağlı olduğundan tank Meşəliyə daxil ola bilməmişdi.
Buna qədər çox hücumlar olmuşdu, ancaq qarşısını almışdıq. Sadəcə sonuncu dəfə hücum edəndə erməni quldurları sanki quduzlaşmışdılar. Həmin döyüşdə 25 şəhid verdik, 14 nəfər yaralandı. Şəhidlərdən 20-si Meşəli kənd sakini idi. Şəhidlik zirvəsinə ucalanlardan bir nəfər Ağdamdan gələn polis, üç nəfər milli ordunun əsgəri idi.
Yevlaxdan bizim kəndə köməyə gələn Tahir adlı şəxs də şəhid oldu. Döyüşlər elə gedirdi ki, insanlar istəyirdi yaba ilə düşmənin qabağına çıxıb vuruşsun. Ancaq silahımız olmadığından Xocalıdan, Kosalıdan və digər yerlərdən bizə kömək gəldi. Biz yenidən kəndə daxil olduq. Elə şəhidlərimizin sayını da onda bildik. Həmin vaxt mənim atam, xalamın ailəsi və digər qohumlarımız şəhid oldu”.
İ.Kazımov bildirib ki, Xocalı rayonunun Meşəli kənd sakinləri artıq 14 ildir Goranboy rayonunun eyniadlı qəsəbəsində məskunlaşıblar və hazırda orada 430 nəfərdən ibarət 100 ailə yaşayır: “Mən Prezident İlham Əliyevə bizə göstərdiyi diqqət və qayğıya görə təşəkkür edirəm. Burada bizim üçün hər cür şərait yaradılıb.
Məktəbimiz, uşaq bağçamız çox gözəl formada fəaliyyət göstərir. Burada hər şey öz qaydasındadır.
Bu günlərdə cinayətdə əli olanlardan biri - Vaqif Xaçaturyanın həbs edilməsi xəbərini eşitdik.
O anda yaşadığımız sevinci sözlə ifadə edə bilmərəm. Bütün kənd sakinləri sevincindən az qala uçurdu. Hamı bir-birini təbrik edirdi. Sağ olsun dövlətimiz, sağ olsun Ali Baş Komandanımız, sağ olsun Ordumuz. Bu gün bizim qisasımız alınıb. Əminik ki, Xocalı, Meşəli və digər yerlərdə azərbaycanlılara qarşı soyqırımı törədənlərin hər biri mütləq şəkildə cəzalandırılacaq”.
Qeyd edək ki, Vaqif Xaçaturyan erməni hərbi birləşmələrinin tərkibində 1991-ci ilin 22 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törədib.
Qırğın zamanı 25 azərbaycanlı öldürülüb, 14 nəfər yaralanıb, 358 nəfər azərbaycanlı isə didərgin salınıb. Qeyd edilən kütləvi qırğın ilə əlaqədar aparılan cinayət işi üzrə Xaçaturyan Vaqif Çerkezoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilib.
Ona məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və o, məhz bu cinayət işi çərçivəsində iyulun 29-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistana getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. (report)
Ayxan
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
İran Britanıya səfirini XİN-ə çağırıb
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
Qaradağda məktəb direktorunun maşını yandırılıb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Təbizdə tibb bacıları etiraz aksiyası keçirdilər
Milli fəalara əlavə cəzalar verildi
İsrail prezidenti Azərbaycana gəldi
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Rusiyalı mütəxəssislər İrana getdi
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır
Yəhudi əsilli şagirdlər də vahid geyim formasına riayət edir