SON XƏBƏRLƏR

Prezident İlham Əliyev Qazaxa və Şəmkirə səfər edib

2023.08.07, 10:59
Prezident İlham Əliyev Qazaxa və Şəmkirə səfər edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Qazax və Şəmkir rayonlarına səfər edib.

Gunaz.tv

 

Dövlətimizin başçısı Qazaxda Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, yenidən qurulan Qarapapaq-Çaylı avtomobil yolunun və  “Venzana” mebel fabrikinin açılışında iştirak edib.

 Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksində yaradılan şəraitlə tanış olub.

Prezident İlham  Əliyev Şəmkir şəhərində də Ümummilli Lider Heydər Əliyevin abidəsini  ziyarət edib.

Prezidenti İlham Əliyev  səfər zamanı Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü tam orta məktəb-liseyin yeni binasının açılışında da iştirak edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar