SON XƏBƏRLƏR

Amerika ilə İranın neft satışı barədə razılaşdıqları iddia olunub

2023.08.26, 12:59
Amerika ilə İranın neft satışı barədə razılaşdıqları iddia olunub

“İranla Amerika arasında nüvə problemi üzrə razılaşma barədə hələ çox məsafə olsa da vəziyyətdən belə başa düşülür ki, onlar İran neftinin dünya bazarına çıxması barədə razılaşıblr.” bunu Amerikanın önəmli xəbər agentliyi Blumberq yazıb.

Gunaz.tv

“Ötən həftələrdə Tehranla Vaşınqtonun amerikalı məhbusların qarşılığında İranın zəbt olunmuş vəsaitinin buraxıldığını gördük. Bu iki ölkə bundan başqa həmçinin İran neftinin satışı barədə razılaşmaya çatıblar. 

Ona görə də amerikalı rəsmilər dolayısı ilə bildiriblər ki, İran neftinin satışı üzrə bir sıra sanksiyalar ləğv olunub. (Buna sübut kimi) Tehran ötən 5 ildə  neft istehsalının bir neçə ötən ayda misli görünməmiş artdığını bildirib.”-deyə Blumberq qeyd edib. 

Nyu-Yorkda yerləşən “RBC Capital Markets” Bankının sədri Helima Kraft bu barədə deyib: “Amerika ilə İranın daha çox barellərdə neft istehsalı üzrə iqtisadi maraqları eynidir.”

Xatırladaq ki, Amerika hələ də İran neftinin Cənubi Koreya, Yaponiya kimi ölkələrə və Avropaya satışına icazə verməsə də onun Çinə geniş miqyaslı satışı qarşısında reaksiya göstərmir.

Taymaz
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar