SON XƏBƏRLƏR

Milli fəal müvəqqəti sərbəst buraxıldı

2023.09.09, 11:00
Milli fəal müvəqqəti sərbəst buraxıldı

Güneyli milli fəal Əfşin Nəziri 800 milyon tümənlik girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

Gunaz.tv

Bu barədə məlumat verən fəalın yaxınları Nəziriyə qarşı irəli sürülən ittihamlar barədə açıqlama verilmədiyini bildiriblər.

Şərqi Azərbaycan əyalətinin Xudafərin bölgəsindən olan və Tehranda yaşayan fəal Əfşin Nəziri avqustun 27-də həbs edilərək Evin zindanına aparılıb.

Onun ittihamı barədə açıqlama verilməsə də, Urmu gölündəki ekoloji fəlakətə etirazlarla bağlı saxlanıldığı ehtimal edilir.

O. bundan əvvəl İranda yaşayan ermənilərin 24 april qondarma "erməni soyqırımı" aksiyalarına qarşı etirazlarda iştirak etdiyinə görə də cəzalandırılıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar