SON XƏBƏRLƏR

"Ermənistan və qondarma rejim razılıqları kobud şəkildə pozub"

2023.09.12, 14:13
"Ermənistan və qondarma rejim razılıqları kobud şəkildə pozub"

Xarici işlər naziri Ceyhun Bayramov İsveçrədə BQXK prezidenti Miryana Spolyariç Eqqer ilə görüşü zamanı Azərbaycan qanunvericiliyinə və müvafiq prosedurlara əməl etməklə, BQXK vasitəsilə erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi və Laçın-Xankəndi yolundan paralel istifadənin zəruriliyi vurğulayıb.

Gunaz.tv

Nazir əldə olunmuş razılıqlara baxmayaraq, Ermənistanın və onun yaratdığı qondarma rejimin bu razılıqları kobud şəkildə pozduğunu xatırladıb.

XİN rəhbəri hazırda Laçın yolundan gündəlik əsasda hər iki istiqamətdə erməni sakinlərinin keçidinin təmin edildiyi halda Ermənistanın “blokada” iddialarının əsassız olduğunu diqqətə çatdırıb.

Ümumiyyətlə, Azərbaycan vasitəsilə əraziyə yüklərin daşınmasına maneçilik törədilməsinin siyasi manipulyasiya olduğunu qeyd edilib.

Görüş zamanı həmçinin 44 günlük müharibədən sonra Ermənistanın Laçın yolu vasitəsilə mina və silahların daşınması, hərbi qulluqçuların rotasiyası kimi qanunsuz fəaliyyətləri xatırlanıb.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar