SON XƏBƏRLƏR

Ayhan zənganlıların ən xoşladığı oğlan adıdır

2023.09.16, 14:08
Ayhan zənganlıların ən xoşladığı oğlan adıdır

Ayhan zənganlıların ən xoşladığı oğlan adıdır. Bu barədə Zəngan Əyalətinin Vətəndaşların Vəziyyəti Aktlarının Qeydiyyat İdarəsinin baş direktoru bildirib.

Gunaz.tv

“Cari ilin (İran təqvimi ilə mart ayından iyuladək) ilk 5 ayında yeni doğulmuş oğlanlar üçün ən çox seçilən adlar  Ayhan, Əmirabbas, Əmirəli, Hüseyn və Əmirhüseyn olub.”-deyə VVAQİ-nin sədri Mehdi Jaləçian açıqlayıb.

“Habelə yenidoğulmuş qızlar üçün Fatimə, Mahlin, Zəhra, Reyhanə və Aysan daha çox seçilib. Həmin müddətdə Zəngan Əyaləti üzrə 5 min 701 körpə doğulub.”  Bunu Jaləçian İranın IRNA dövlət xəbər agentliyi ilə müsahibəsində  qeyd edib. 

Vurğulayaq ki, güney azərbaycanlılarda  milli kimliyin oluşdurulması üçün körpələrə Azərbaycan adlarının, o cümlədən müasir hesab olunan Ayxan, Aysan, Elin, Elşən və tarixçəsi əski çağlara söykənən Telnaz, Bağdagül, Tərlan kimi adların körplərə qoyulması çox önəmli rola malikdir. 

Məhz elə buna görə də İranın dini-şovenist hakimiyyəti güney azərbaycanlılarda xalq kimi müstəqil attribut oluşduran belə bir kimliyin formalaşdırılmasının qarşısını almaq məqsədi ilə İranın VVAQİ-lərinə birbaşa rəsmi təlimat verib. 

Əksinə, hər hansı farsca adın seçilməsinə tamamilə icazə verilir. 

Qeyd edək ki, Güney Azərbaycanca Azərbaycanca ad seçiminə qadağa həmçinin ticarət sahəsində cəmiyyət təsis edilmsi üçün də kəskin tətbiq olunur və qarşısı alınır.

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar